logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sahibkarlığın inkişafı üçün yeni və səmərəli stimullar

  • Bloq
  • 17-apr-2025, 09:22
  • 23
Sahibkarlığın inkişafı üçün yeni və səmərəli stimullar

Sahibkarlığın inkişafı üçün yeni və səmərəli stimullar


Son illər dövlət-özəl tərəfdaşlığı iqtisadi inkişaf modelinin əsas komponentlərindən birinə çevrilib. Bu əməkdaşlıq modeli dövlət və özəl sektorun resurs və bacarıqlarını birləşdirərək, bir sıra iqtisadi faydalar təmin edir. Bu, ilk növbədə dövlətin büdcə resurslarından istifadə etməklə özəl sektordan əlavə maliyyə vəsaitləri cəlb etməyə imkan verir və əlavə investisiyalar hesabına inkişafa və infrastruktur layihələrinin sürətləndirilməsinə şərait yaradır. Dövlət-özəl tərəfdaşlığı yeni iş yerlərinin yaradılmasına, iqtisadi dövriyyənin artımına və biznes mühitinin təkmilləşməsinə töhfələr verir. Dövlət-özəl sektor əməkdaşlığı, həmçinin, iqtisadiyyatda daha davamlı və səmərəli inkişaf modelini təmin etməyə kömək edir. Bu əməkdaşlıq iqtisadi böhranın qarşısını almaq, sosial rifahı artırmaq və ümumi iqtisadi sabitliyi təmin etmək üçün vacib rol oynayır.

İctimai iştirakçılıq biznes mühitində müsbət dəyişikliklərə yol açır

Dövlət-özəl tərəfdaşlığının səmərəli nəticələri dövlət qurumlarında ictimai iştirakçılığın daha geniş vüsət almasını təmin edir. Son illər biznes subyektlərinin təklifləri əsasında vergi qanunverciliyində təkmilləşdirmələrin aparılması, islahatların həyata keçirilməsi və yeni xidmətlərin yaradılması buna ən uğurlu nümunələrdəndir. Ötən ildən etibarən vergi qanunvericiliyinin hazırlanmasında ictimaiyyətdən təkliflərin qəbul edilməsi daha intensiv xarakter alıb. Dövlət-özəl tərəfdaşlığı modeli əsasında vergi inzibatçılığında mühüm layihələr həyata keçirilir. Bu baxımdan Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi əsasında reallaşdırılan tədbirlər diqqət çəkir. Son 10 ildə yüksək reytinq göstəricilərinin hədəflənməsi məqsədilə biznes mühitini tənzimləyən bir çox qayda və prosedurların sadələşdirilməsi, asanlaşdırılması və təkmilləşdirilməsi üçün hüquqi və praktiki addımlar atılıb. Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir. Bir müddət əvvəl Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib. 2025-ci il üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydalar və praktikaların tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, vergi ödəyiciləri üçün müasir xidmətlər formalaşdırmaq və yeni elektron xidmətlərin yaradılmasıdır.

Özəl sektorun təşəbbüslərinə əsaslanan mühüm dəyişikliklər

Biznes subyektləri öz iqtisadi fəaliyyətlərini həyata keçirərkən vergi bəyannamələrindən aktiv formada istifadə edirlər. Bu baxımdan bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyəti, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılmış müzakirələrin, habelə vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib. Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları, eləcə də onların tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyada təsdiq edilmiş bəyannamə forması bir neçə istiqamətdə təkmilləşdirilib.

Daha bir yeniliklə isə ƏDV üzrə öhdəliklərin yerinə yetirilməsinə dair məlumatların xəzinədarlığa təqdim edilməsi vaxtı dəyişdirilib. Bu, vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11:30-dək olan ödənişlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulurdu. Dəyişikliklərə əsasən, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektləri və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.

Dövlət orqanlarının aktiv dəstəyi və biznes subyektlərinin fəal iştirakçılığı ilə gerçəkləşən bu islahatlar Azərbaycanın iqtisadi potensialının daha da artmasına, investisiya və biznes mühitinin daha da yaxşılaşmasına və beynəlxalq reytinqlərdə yüksək mövqe əldə edilməsinə xidmət edir. Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə böyük töhfə verəcək. Bu isə ölkəmizin həm iqtisadi reytinqi, həm də sosial rifah üçün əlverişli imkanlar vəd edir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün gəlir vergisindən güzəştlər
    Əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün gəlir vergisindən güzəştlər
    29-iyl-2025 | Bloq
  • Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?
    Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?
    29-iyl-2025 | Bloq
  • Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib
    Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib
    28-iyl-2025 | Bloq
  • Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?
    Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?
    28-iyl-2025 | Bloq
  • Qeyri-formal məşğulluq vətəndaşı hansı hüquqlardan məhrum edir?
    Qeyri-formal məşğulluq vətəndaşı hansı hüquqlardan məhrum edir?
    25-iyl-2025 | Bloq
  • İşçi vəfat etdikdə dəfn üçün müavinəti kim və necə ödəməlidir?
    İşçi vəfat etdikdə dəfn üçün müavinəti kim və necə ödəməlidir?
    25-iyl-2025 | Bloq
  • Uçot dərəcəsinin azaldılması kredit bazarına necə təsir edəcək?
    Uçot dərəcəsinin azaldılması kredit bazarına necə təsir edəcək?
    24-iyl-2025 | Bloq
  • Gömrükdə qaydalar dəyişdi - Kimlərə şamil olunacaq?
    Gömrükdə qaydalar dəyişdi - Kimlərə şamil olunacaq?
    24-iyl-2025 | Bloq
  • İstehsal olunmuş məhsulların satışı və sənədləşdirilməsi qaydaları
    İstehsal olunmuş məhsulların satışı və sənədləşdirilməsi qaydaları
    23-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]