logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək münasibətləri ilə bağlı yeniliklər: əmək müqaviləsi, arayış…

  • Bloq
  • 18-apr-2025, 09:49
  • 41
Əmək münasibətləri ilə bağlı yeniliklər: əmək müqaviləsi, arayış…

Əmək münasibətləri ilə bağlı yeniliklər: əmək müqaviləsi, arayış…


Mövzunu ekspert Anar Bayramov şərh edir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinin öncəki redaksiyasında qeyd edilirdi ki, əmək münasibətləri əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə məlumat göndərilməsindən sonra yaranır. "Əmək müqaviləsi bildirişi" anlayışı bu Məcəllədən çıxarıldığı üçün 7-ci maddənin 2-ci bəndində dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, əmək münasibətləri əmək müqaviləsi bildirişi qeydiyyata alındıqda yox, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranacaq.

Beləliklə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

Əvvəlki redaksiyada Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olunurdusa, yeni redaksiyadan göründüyü kimi, maddənin 2-2-ci hissəsinə də istisna tətbiq edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndinin istinad mənbəyi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı"dır. Digər bənd isə hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.

Bu maddə ilə bağlı xüsusi məqam odur ki, əvvəllər yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması mümkün idisə, 21 may 2024-cü il tarixdə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda edilmiş dəyişiklik nəticəsində xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) mümkündür.

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra işçilərin hüquqları da genişləndirilib. Əvvəllər işçi ƏMAS altsisteminə daxil olmaqla öz iş yerindən arayışı elektron formada yükləmək hüququna malik idi. Bu zaman ƏMAS altsistemi işçiyə imkan yaradırdı ki, həm əməkhaqqı qeyd edilməklə, həm də əməkhaqqı məbləği qeyd olunmadan iş yerindən arayış əldə etsin. Ancaq əmək müqaviləsi kağız formada imzalandığı üçün işçi həmin əmək müqaviləsi, o cümlədən elektron xitam əmri haqqında məlumatı ƏMAS altsistemindən əldə etmək hüquna malik deyildi. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 9-cu maddəsinə əlavə edilmiş "o" bəndinə əsasən, elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin hüquqlarına aid edilib. Əmək müqaviləsinin elektron sənəd formasında hazırlanmasına keçid prosesindən sonra işçi ƏMAS altsistemindəki şəxsi kabinetindən aşağıdakı məlumatları əldə edə bilər:

- Elektron sənəd formasında bağlanmış əmək müqavilələri;

- Xitam əmrləri;

- Əmək müqaviləsi bildirişləri;

- İş yerinə dair arayış.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Könüllü açıqlamanın əhatə dairəsi genişləndirilib
    Könüllü açıqlamanın əhatə dairəsi genişləndirilib
    13-fev-2026 | Bloq
  • Məzuniyyət zamanı orta əməkhaqqının hesablanmasında incə məqamlar
    Məzuniyyət zamanı orta əməkhaqqının hesablanmasında incə məqamlar
    13-fev-2026 | Bloq
  • Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi
    Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi
    12-fev-2026 | Bloq
  • İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?
    İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?
    12-fev-2026 | Bloq
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA
    Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA
    11-fev-2026 | Bloq
  • POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?
    POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?
    11-fev-2026 | Bloq
  • Müəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?
    Müəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?
    10-fev-2026 | Bloq
  • Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
    Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
    10-fev-2026 | Bloq
  • Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması – YENİ QAYDA
    Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması – YENİ QAYDA
    09-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech