logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Rezident və qeyri-rezident törəmə müəssisələr arasında borc əməliyyatlarının vergitutma qaydaları

  • Bloq
  • 09-dek-2025, 09:49
  • 48
Rezident və qeyri-rezident törəmə müəssisələr arasında borc əməliyyatlarının vergitutma qaydaları

Rezident və qeyri-rezident törəmə müəssisələr arasında borc əməliyyatlarının vergitutma qaydaları


Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa)arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin
hesablanması həyata keçirilə bilər. Bununla yanaşı, Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında həyata keçirilən əməliyyatlardan vergilər transfer qiyməti əsas götürülməklə hesablana bilər.

Qeyd olunanlara əsasən rezident şəxs tərəfindən öz törəmə müəssisəsi olan qeyri-rezident şəxsə faizlə şərtləndirilərək verilən borca münasibətdə əldə edilən faiz gəlirləri bazar qiyməti (transfer qiymətinin tətbiqinə əsas olduqda transfer qiyməti) nəzərə alınmaqla rezident vergi ödəyicisinin vergitutulan gəlirlərinə aid edilir. Bu zaman qeyri-rezident törəmə müəssisəyə borc vermək üçün yerli bankdan götürülmüş kredit üzrə rezident vergi ödəyicisi tərəfindən ödənilən faizlər Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən rezident şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Vergi Məcəllləsinin 135-ci maddəsinin tətbiqi ilə bağlı bildiririk ki, vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə əldə edilən faiz gəlirləri üzrə gəlirin əldə edilməsi vaxtı Vergi Məcəlləsinin 135.3-cü maddəsi ilə müəyyən olunur. Belə ki, həmin maddənin müddəalarına əsasən vergi ödəyicisinin faiz gəliri borc öhdəlikləri üzrə ödəmənin müddətininqurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.
Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından aparılan əməliyyatların xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycanda ən çox vergi ödəyən  100 şirkətin - ADLARI MƏLUM OLDU
    Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin - ADLARI MƏLUM OLDU
    09-apr-2026 | Bloq
  • ƏDV bir qaimədə artıq, digərində az ödənilibsə əvəzləşdirmək olarmı?
    ƏDV bir qaimədə artıq, digərində az ödənilibsə əvəzləşdirmək olarmı?
    09-apr-2026 | Bloq
  • Vergi bəyannamələrini mobil tətbiq üzərindən təqdim etmək mümkün olacaq
    Vergi bəyannamələrini mobil tətbiq üzərindən təqdim etmək mümkün olacaq
    08-apr-2026 | Bloq
  • Çatdırılma şirkətlərinin satdığı qida məhsullarına görə ƏDV güzəşti verilirmi?
    Çatdırılma şirkətlərinin satdığı qida məhsullarına görə ƏDV güzəşti verilirmi?
    08-apr-2026 | Bloq
  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech