logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR

  • Bloq
  • 27-yan-2026, 10:10
  • 10
Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR

Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR


2026-cı ildən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyisikliklərdən biri də üfüqi monitorinqin tətbiqi ilə bağlıdır. Yeniliyə əsasən, üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri əsas vəsaitləri üzrə amortizasiya ayırmasını düz xətt metodu ilə həyata keçirə biləcəklər. Bəs düz xətt metodu ilə amortizasiya hesablayan vergi ödəyicisi əsas vəsaitlərinə əsaslı təmir xərci və cari təmir xərci çəkərsə, hesablamalar necə olacaq? Yeniliyi vergi eksperti Təhməz Qaçayev şərh edib.

Düz xətt metodu ilə amortizasiya ayırması hesablanarkən əsas vəsaitin ilkin dəyəri onların müəyyən edilmiş istifadə müddətlərinə bölünməklə hesablanır. Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən, amortizasiya olunan aktivlər üzrə düz xətt metodu ilə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

- torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikililər və qurğular – 44 il;
- maşın və avadanlıqlar – 14 il;
- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 11 il;
- hava, dəmiryol və su nəqliyyatı vasitələri – 29 il;
- istehsalat, idman maşınları, idman motosikletləri, idman velosipedləri və bu kimi başqa idman nəqliyyat vasitələri – 9 il;
- xidməti nəqliyyat vasitələri – 19 il;
- avtonəqliyyat vasitələri – 14 il;
- iş heyvanları – 14 il;
- geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 11 il;
- qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 il, istifadə müddəti məlum olanlar üçün isə istifadə illərinə uyğun olaraq;
- digər əsas vəsaitlər – 14 il.

Misal 1: Düz xətt metodu ilə amortizasiya hesablayan vergi ödəyicisi ilkin dəyəri 70.000 manat olan avadanlıq alıb. Avadanlıqlar üzrə istifadə müddəti 14 il müəyyən edilib. Birinci il üçün amortizasiya ayırması 5.000 manat hesablanacaq:

70.000 : 14 = 5.000 manat.

Düz xətt metodu ilə amortizasiya hesablayan vergi ödəyiciləri əsas vəsaitlərinə əsaslı və ya cari təmir xərcləri çəkərkən çox diqqətli olmalıdırlar.

Vergi Məcəlləsinin 114.11.3-ci maddəsinə əsasən, düz xətt metodu ilə illik amortizasiya məbləğləri həmin əsas vəsaitlərin ilkin dəyəri onların bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən olunmuş istifadə müddətlərinə bölünməsi yolu ilə hesablanır. Bu metodun tətbiqi zamanı əsas vəsaitlər üzrə bu Məcəllənin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi onların ilkin dəyərinə əlavə edilir və bu qaydada formalaşan ilkin dəyər əsas vəsaitin bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən edilmiş istifadə müddətinə bölünməklə əldə olunan məbləğ əsas vəsaitin təmir olunduğu ildən etibarən hər il üzrə bərabər hissələrlə gəlirdən çıxılır.

Yəni, bu maddəyə əsasən, əsaslı təmir xərcləri və ya cari təmir xərclərinin məhdudlaşdırılmadan artıq olan hissəsi əsas vəsaitin ilin sonuna qalıq dəyərinə yox, ilkin dəyərinə əlavə edilməlidir.

Misal 2: İlkin dəyəri 70.000 manat olan avadanlıq əvvəlki ildə bir il üzrə amortizasiya edilib. Yəni:

70.000 : 14 = 5.000 manat.

Cari il üçün həmin avadanlığın qalıq dəyəri 65.000 manat (70.000 - 5.000), istifadə müddəti isə 13 il qalacaq. Vergi ödəyicisi cari ildə həmin avadanlığa 9.000 manat əsaslı təmir xərci çəkib. Cari ildə çəkilmiş 9.000 manat əsaslı təmir xərci birbaşa gəlirdən çıxılmır və əsas vəsaitin ilkin dəyərinin üzərinə gəlinir:

70.000 + 9.000 = 79.000 manat.

Daha sonra formalaşan dəyər aktivin müəyyən edilmiş son istifadə müddətinə bölünməlidir. Yəni:

79.000 : 14 = 5.642,8 manat.

Alınan məbləğ avadanlığın təmir olunduğu ildən etibarən qalan son istifadə müddətinə bölünməklə bərabər məbləğlərdə gəlirdən çıxılır:

5.642,8 : 13 = 434,06 manat.

Eyni zamanda, cari il üçün əsas vəsaitin amortizasiya xərci belə hesablanmalıdır:

65.000 : 13 = 5.000 manat.

Gəlirdən çıxılan cəmi amortizasiya xərci isə 5.434,06 manat olacaq:

5.000 + 434,06 = 5.434,06 manat.

Növbəti illərdə də bu tendensiya davam edir və düz xətt metodu pozulmur.

Əgər əsaslı təmir xərcini cari il üçün qalıq dəyərin üzərinə gəlib amortizasiya hesablasaq, bu halda düz xətt metodunu pozmaqla Vergi Məcəlləsinin müvafiq maddəsinə zidd hesablama aparmış olardıq.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    Düz xətt metodu ilə amortizasiya və təmir xərclərinin gəlirdən çıxılması - FƏRQLİ QAYDALAR
    27-yan-2026 | Bloq
  • “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    “Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?
    27-yan-2026 | Bloq
  • Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    Fərdi qaydada repetitorluq fəaliyyəti zamanı VÖEN qeydiyyatı və vergitutma necə aparılır?
    26-yan-2026 | Bloq
  • Hüquqi şəxslərin öz işçiləri üçün ödədikləri kirayə haqqından nə qədər vergi tutulacaq?
    Hüquqi şəxslərin öz işçiləri üçün ödədikləri kirayə haqqından nə qədər vergi tutulacaq?
    26-yan-2026 | Bloq
  • Əlilliyi olan şəxslər üçün gəlir vergisi güzəşti hansı hallarda tətbiq olunur?
    Əlilliyi olan şəxslər üçün gəlir vergisi güzəşti hansı hallarda tətbiq olunur?
    23-yan-2026 | Bloq
  • Gecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?
    Gecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?
    23-yan-2026 | Bloq
  • Mənfəət vergisindən azad olunan əməliyyatlarda diqqət yetirilməli məqamlar
    Mənfəət vergisindən azad olunan əməliyyatlarda diqqət yetirilməli məqamlar
    22-yan-2026 | Bloq
  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?
    Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?
    22-yan-2026 | Bloq
  • Əmək qanunvericiliyində yeniliklər nələrdir?
    Əmək qanunvericiliyində yeniliklər nələrdir?
    21-yan-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech