Arı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanır?

Vergi Məcəlləsinə əsasən, arı balının istehsalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilir. Azərbaycan Respublikası ərazisində istehsal olunmuş kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV məhsulun tam satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən (marjadan) hesablanır.
Məsələn, pərakəndə satışla məşğul olan vergi ödəyicisi arı balını 20 000 manata alıb 25 000 manata satarsa, bu halda ƏDV 5 000 manat məbləğində ticarət əlavəsinə 18 faiz dərəcə tətbiq edilməklə hesablanır.
Bu qayda məhsulu özü istehsal etməyən, lakin istehsalçıdan alaraq mağazada pərakəndə qaydada satan vergi ödəyicilərinə də şamil edilir. Əsas şərt satılan məhsulun Azərbaycan Respublikası ərazisində istehsal olunmuş kənd təsərrüfatı məhsulu olmasıdır.
Bundan əlavə, arıçılıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün Vergi Məcəlləsində gəlir (mənfəət) vergisi, ƏDV və digər vergilər üzrə müvafiq güzəştlər nəzərdə tutulmuşdur.

en
ru
tr