logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Ana Sayfa
  • Hakkımızda
  • Hizmetler
    • Muhasebe ve Finans Hizmetleri
    • Göçmenlik ve Hukuki Hizmet
    • Gümrükleme ve Brokerlik Hizmeti
    • Personel Takibi ve İnsan Kaynakları Danışmanlığı
    • İş Güvenliği ve İş Hukuku
    • Vergi Danışmanlığı
  • Kütüphane
    • Mevzuat
    • Denetim
    • İnsan Kaynakları (HR)
    • Muhasebe
  • Haberler
  • Projelerimiz
  • İletişim
Türkçe tr
azAzərbaycan enEnglish ruRussian

Emekliliğe ayrılırken 6 kat tutarında tek seferlik maaş ödenecek

  • Bloq
  • 07-Mayıs-2026, 09:57
  • 7
Emekliliğe ayrılırken 6 kat tutarında tek seferlik maaş ödenecek

Emekliliğe ayrılırken 6 kat tutarında tek seferlik maaş ödenecek


Diplomatlara pensiyaya çıxarkən son 24 ay və ya istənilən ardıcıl 60 ay üzrə aldıqları orta aylıq maaş əsasında hesablanan məbləğin 6 misli həcmində birdəfəlik ödəniş veriləcək.

Biznes və maliyyə xəbərləri portalının məlumatına görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinin strukturu yenidən müəyyən edilir. Maaşa aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə, təmsilçilik haqqı və artıq iş vaxtına görə ödəniş daxil ediləcək. Bundan əlavə, əmək şəraitinin ağırlığı və iqlim şəraiti ilə bağlı əlavələrin tətbiqi də nəzərdə tutulur.

Dəyişikliklərə görə, diplomatik xidmət əməkdaşlarının maaş və əlavələri “Dövlət qulluğu haqqında” qanunun 33-4-cü maddəsinə uyğun müəyyənləşdiriləcək. Qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməkhaqqısı diplomatik xidmət stajı və fəaliyyət nəticələri nəzərə alınmaqla formalaşdırılacaq.

Layihədə qeyd olunur ki, diplomatik xidmətə qəbul prosesi başa çatana qədər müvəqqəti çalışan şəxslərin maaşı həmin vəzifənin birinci ödəniş pilləsinin 50 faizi həcmində olacaq.

Qanun layihəsində pensiya yaşına görə diplomatik xidmətdən ayrılan şəxslərlə bağlı müddəalar da dəyişdirilir. Belə ki, diplomatik xidmət əməkdaşına son 24 ay və ya istənilən ardıcıl 60 ay üzrə orta aylıq dövlət məvacibinin 6 misli həcmində birdəfəlik ödəniş veriləcək. Həmin məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulacaq.

Eyni zamanda, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə xidməti başa çatan əməkdaşlara orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödənilməsi nəzərdə tutulur. Hərbi xidmətdən qayıdaraq 60 gün ərzində müraciət edən şəxslər əvvəlki və ya analoji vəzifəyə təyin edilə biləcəklər.

Dəyişikliklərdə diplomatik xidmət stajına daxil ediləcək dövrlərin siyahısı da genişləndirilir. Buraya məcburi işburaxma dövrü, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti, ödənişli sosial məzuniyyətlər, beynəlxalq təşkilatlarda fəaliyyət dövrü və dövlət orqanı rəhbərlərinin qulluq illəri daxil edilir.

Qanun layihəsinə əsasən, dəyişikliklərin 2026-cı il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Muhasebe ve Finans Hizmetleri
28-May-2021 | Xidmətlər

Sitede Arama

Blog Yazıları

  • Emekliliğe ayrılırken 6 kat tutarında tek seferlik maaş ödenecek
    Emekliliğe ayrılırken 6 kat tutarında tek seferlik maaş ödenecek
    07-Mayıs-2026 | Bloq
  • QR ödemeleri girişimcilerin banka masraflarını azaltacak
    QR ödemeleri girişimcilerin banka masraflarını azaltacak
    07-Mayıs-2026 | Bloq
  • Acil: Merkez Bankası faiz kararını açıkladı
    Acil: Merkez Bankası faiz kararını açıkladı
    06-Mayıs-2026 | Bloq
  • Mayın temizleme sırasında hayatını kaybedenlerin aile üyeleri için vergi indirimi uygulanacaktır
    Mayın temizleme sırasında hayatını kaybedenlerin aile üyeleri için vergi indirimi uygulanacaktır
    06-Mayıs-2026 | Bloq
  • Bireysel olarak kuaförlük faaliyeti kapsamında vergi ve sigorta yükümlülükleri
    Bireysel olarak kuaförlük faaliyeti kapsamında vergi ve sigorta yükümlülükleri
    05-Mayıs-2026 | Bloq
  • Ruble ve euro manat karşısında değer kazandı — DÖVİZ KURLARI
    Ruble ve euro manat karşısında değer kazandı — DÖVİZ KURLARI
    04-Mayıs-2026 | Bloq
  • Son maaş daha yüksek olduğunda aylara göre dağılım nasıl yapılmalıdır?
    Son maaş daha yüksek olduğunda aylara göre dağılım nasıl yapılmalıdır?
    04-Mayıs-2026 | Bloq
  • Yurt içi nakitsiz işlemlerin hacmi arttı
    Yurt içi nakitsiz işlemlerin hacmi arttı
    01-Mayıs-2026 | Bloq
  • Analık izninde olan ebeveyn, bakmakla yükümlü olunan kişi sayılır mı?
    Analık izninde olan ebeveyn, bakmakla yükümlü olunan kişi sayılır mı?
    30-Nis-2026 | Bloq

Hakkımızda

“AZE Consulting” Ltd. Şti. 2019 yılının Eylül ayında faaliyete başlamıştır. Şirket, faaliyete başladığı günden itibaren çeşitli sektörlerde hizmet veren kuruluşlara vergi, muhasebe hizmetleri ve muhasebe sisteminin kurulması, finansal raporlama, şirketlerin hukuki ve Göçmenlik hizmeti, Personel Takibi, insan kaynakları yönetimi ve iş güvenliği konularında hizmetler sunmaktadır.

Çalışma Saatleri:

Pazartesi - Cuma: 09:00-18:00

Çalışma Dışı Günler:

Hafta Sonu ve Resmi Tatiller

İletişim:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Tüm Hakları Saklıdır, created by MirTech