logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

“Əvəzgün” verilməsi zamanı insan resursları mütəxəssislərinin ən çox etdiyi səhv hansıdır?

  • Bloq
  • 20-iyn-2023, 13:08
  • 374
“Əvəzgün” verilməsi zamanı insan resursları mütəxəssislərinin ən çox etdiyi səhv hansıdır?
Əmək Məcəlləsinin 164-cü maddəsinin ikinci hissəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Mİsal 1. İşəgötürən 6 fevral 2022-ci il tarixdə (həftəninin bazar günü) işçini işə cəlb edir və əmr verir ki, istirahət günü işə cəlb edilən işçi həftənin çərbənşə axşamı - 8 fevral 2022-ci il tarixdə işə çıxmasın. Bu zaman işəgötürən işçiyə hər hansı əlavə ödəniş hesablamır, əsas kimi işə cəlb olunduğu istirahət günü əvəzinə ona bir iş günü istirahət verməsini göstərir. Təəssüf ki, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilən bu cür yanaşma səhvdir. İşçi çərşənbə axşamı işçiyə istirahət günü verməklə, onun aylıq iş normasını bərabərləşdirir. Fevral ayında 20 iş günü olduğu üçün 160 saat (20 iş günü x 8 saat) iş norması mövcuddur. İşəgötürən işçini bazar günü 8 saat işə cəlb edir və istirahət günü iki qat hesablanmalı olduğu üçün işçiyə ödəniləcək iş saatı 176 saat (160 saat (aylıq iş norması) + 8 saat (bazar günü cəlb etdiyi iş saatlarının sayı) x 2 (istirahət günü işə çıxmasına görə ikiqat hesablama)) təşkil edir. İşəgötürən çərşənbə axşamı (iş günü) işçiyə 8 saat istirahət verməklə aylıq iş normasının 168 saat (176 saat (istirahət günü nəzərə alınmaqla aylıq iş saatlarının cəmi) – 8 saat (çərşənbə axşamı işçinin normal iş saatı) olmasını təmin edir.
Bu səbəbdən də, əvəzgün verilməsinə baxmayaraq, işçinin 8 saatlıq əmək haqqının hesablanmasını da həyata keçirməlidir. Əgər əvəzgün verilməsəydi, o zaman işçiyə 16 saat hesablanmalı idisə, əvəzgün verildiyi halda 8 saat üçün əmək haqqı hesablanması həyata keçirilməlidir. Çünki Əmək Məcəlləsinin 164-cü maddəsinin birinci hissəsinə əsasən, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilməlidir.
Əvəzgün verilməsi halını daha bir misalla izah edək.
Mİsal 2. 20 iş günü olan işçinin əmək haqqı fevral ayında 1 000 manatdır, işçi ay ərzində istirahət günü işə cəlb edilib. İşəgötürən işçiyə istirahət günü işlədiyinə görə həftəiçi iş günlərinin birində istirahət verib. Yekunda işçi ayda 20 gün işləsə də, sadəcə bir dəfə istirahət günü işə cəlb olunub. Bu zaman işçinin aylıq əmək haqqı 1 050 manat (1000 manat (aylıq əmək haqqısı) + 50 manat (1000 manat /20 iş günü)) təşkil edəcək. Əgər işəgötürən işçiyə istirahət günündə işə cəlbetməyə görə əvəzgün verməzsə, o halda işçinin əmək haqqı 1 100 manat ((1000 manat (aylıq əmək haqqı) + 50 manat (1000 manat /20 iş günü) x 2 (istirahət günü işə cəlb edilməyə görə müəyyənləşdirilən misil)) təşkil edəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech