logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

  • Bloq
  • 04-fev-2025, 12:12
  • 32
Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması


Əmlak vergisinə görə mənzilin hansı sahəsi hesablanmalıdır: yaşayış sahəsi, yoxsa ümumi sahəsi? Məlumdur ki, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. Pensiyaçı olduğuma görə, qeyd edilən bəndə əsasən mənə güzəşt tətbiq olunmalıdırmı? Tətbiq edilən güzəşt mənə məxsus olan hər iki mənzilə aiddir, yoxsa ancaq qeydiyyatda olduğum mənzilə?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Xüsusi mülkiyyətdə olan belə tikili və binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə).

Yaşayış sahəsi – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olunmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Qeyd olunan güzəşt hər bina üçün ayrılıqda tətbiq edilmir. Ümumi ödənilməli olan məbləğdən 30 manat azaldılır.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq müəyyən etmək olar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa, əlilliyə və ailə başçısını itirməyə görə bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əldə olunan dividendlər hansı hallarda vergidən azaddır?
    Əldə olunan dividendlər hansı hallarda vergidən azaddır?
    08-may-2025 | Bloq
  • Teatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması
    Teatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması
    08-may-2025 | Bloq
  • Tənzimlənən bazarda gəlir vergisindən azadolma
    Tənzimlənən bazarda gəlir vergisindən azadolma
    07-may-2025 | Bloq
  • Kimlər gecə işlərinə cəlb edilə bilməz?
    Kimlər gecə işlərinə cəlb edilə bilməz?
    07-may-2025 | Bloq
  • Fiziki şəxsin icarə gəlirlərinə görə vergi və sosial sığorta öhdəlikləri
    Fiziki şəxsin icarə gəlirlərinə görə vergi və sosial sığorta öhdəlikləri
    06-may-2025 | Bloq
  • Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?
    Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?
    06-may-2025 | Bloq
  • İdxal ƏDV-si üzrə əvəzləşdirmə qaydası
    İdxal ƏDV-si üzrə əvəzləşdirmə qaydası
    05-may-2025 | Bloq
  • Nağdsız hesablaşmalar və fiziki şəxslərə ödəniş qaydaları
    Nağdsız hesablaşmalar və fiziki şəxslərə ödəniş qaydaları
    05-may-2025 | Bloq
  • Biznesdə düzgün qərarlar necə verilir?
    Biznesdə düzgün qərarlar necə verilir?
    02-may-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 2020 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]