logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?

  • Bloq
  • 01-iyl-2025, 11:11
  • 152
Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?

Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?


Mümkündür ki, gömrük orqanı vergi ödəyicisinin gətirdiyi malın idxal dəyəri ilə razılaşmasın. O halda vergi orqanı gömrük qanunverciliyinin tələblərinə uyğun hesablama aparmaq hüququna malikdir.

Misal. Vergi ödəyicisi bir ədədinin dəyəri 3 dollar olan 500 ədəd mal idxal edib. Gömrük orqanı iddia edir ki, malın dəyəri 3 dollar yox, 5 dollardır. Bu halda idxal olunan malın gömrüklə bağlı hesablamaları aşağıdakı kimi olacaq:
Malların gömrük dəyəri - 2 500 dollar (5 dollar x 500) x 1,7 manat (məzənnə) = 4 250 manat;
Malların gömrük rüsümü - 4 250 manat x 10 faiz = 425 manat;
Gömrük haqqı - 120 manat;
ƏDV hesablanacaq gömrük dəyəri – 4250 + 425 + 120 = 4 795 manat;
ƏDV məbləği – 4 795 manat x 18 faiz = 863,10 manat.
Hesab edək ki, malın daşınma xərci 600 manatdır.
Malın maya dəyərini müəyyənləşdirmək üçün gömrük dəyəri yox, invoys dəyəri əsas götürüləcək:
Malın bir ədədinin maya dəyəri = (2550 manat (malın invoys dəyəri – 3 dollar x 500 ədəd x1,7 məzənnə) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı)+ 600 manat (daşınma xərci)) / 500 (malların sayı) = 7, 39 manat.
Hesablamada malın gömrük dəyərini nəzərə alsaydıq, o halda maya dəyəri fərqli olacaqdı:
Malın bir ədədinin maya dəyəri = (4250 manat (malın gömrük dəyəri) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı) + 600 manat (daşınma xərci))/ 500 (malların sayı) = 10, 79 manat.
Göründüyü kimi, malın gömrük və invoys dəyəri üzrə hesablamalar apardıqda, alış dəyərində 3,40 manat (10,79 manat – 7,39 manat) fərq alınır. Bu da həmin mal üzrə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərində 1700 (3,40 manat x 500 ədəd) manat fərq yaradır.

Əgər malları idxal edən şəxs ƏDV ödəyicisi deyilsə, o zaman malın dəyəri aşağıdakı kimi olacaq:
Malın 1 ədədinin maya dəyəri = (2550 manat (malın invoys dəyəri) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı) + 600 manat (daşıma xərci) + 863,10 manat (ƏDV) ) / 500 (malların sayı) = 9, 116 manat.
Vergi orqanının bu məsələyə yanaşması Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsaslanır. Həmin maddəyə əsasən, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bu səbəbdən də vergi orqanı tələb edir ki, vergi ödəyicisi idxal etdiyi malı gömrük yox, invoys dəyəri ilə uçota alsın.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq
  • Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    18-iyn-2026 | Bloq
  • Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    18-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech