İşçi vəfat etdikdə dəfn üçün müavinəti kim və necə ödəməlidir?

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.13-cü bəndinə əsasən, dövlət qulluqçularına ömürlük, yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə müavinətlərdən biri təyin edilmiş şəxs və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə onlara dəfn üçün müavinət təyin edilir. Həmin vəsait vəfat edən şəxsin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Əmək qabiliyyətli olub işləyən şəxslər vəfat etdikdə isə Əmək Məcəlləsinə müvafiq olaraq həmin müavinət onun vərəsələrinə ödənilir. Bəs bu ödənişlərin məbləği nə qədərdir? Dəfn üçün müavinət kimə və hansı sənəd əsasında ödənilməlidir?
Mövzu ilə bağlı bu və digər suallarına insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir.
Dəfn üçün müavinəti almaq hüququ olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının icrası ilə əlaqədar 12 iyun 2025-ci il tarixli fərmanına əsasən, 2025-ci il iyulun 1-dən dəfn üçün sosial müavinətin məbləği 600 (altı yüz) manat müəyyən edilib.
Müavinət müraciət etmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkən şəxslərə təyin edilib ödənilir. Həmin müavinətin alınması üçün aşağıdakı sənədlər tələb olunur:
- Müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;
- Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı (ölüm haqqında şəhadətnamə);
- Müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
- Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.
İşçi vəfat etdikdə Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən, əmək müqaviləsinə xitam edilir. Bu zaman əmək müqaviləsinin ləğv olunmasına əsas kimi onun ölüm haqqında şəhadətnaməsinin surəti qohumları tərəfindən işlədiyi təşkilata təqdim edilməlidir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə müəyyən edilə bilər.
Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir.
Misal: İşçi 13.06.2025-ci il tarixində vəfat edib. Bu halda işçiyə 13 iyuna qədər işlədiyi günlər üçün əməkhaqqı, qalıq məzuniyyəti varsa, qalıq məzuniyyət pulu və müavinət pulu ödənilir. Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 1000 manatdır. Bu halda vəfat edənin vərəsələrinə ən azı 3000 manat müavinət ödənilməlidir:
1000 x 3 = 3000 manat.
“Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər, Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.
Bəzən işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilmə ilə bağlı müavinətin işçinin əməkhaqqı kartına ödənilməsi halları baş verir ki, bu, qanuna uyğun deyil. Müavinət vərəsələr müəyyən olunduqdan sonra hüquqi vərəsələrə ödənilməlidir.
Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə yazmır, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
- Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
- Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
- Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
- Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
- Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
- İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
- Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
- Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
- Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Yuxarıdakı ardıcıllıq əsasında vəfat edənin vərəsələri müəyyən olunur və ölüm haqqında şəhadətnamə əsasında vəfat etmiş işçinin ailəsinə və ya qohumlarına (hüquqi vərəsələrinə) müavinət ödənilir. Vəfat etmiş işçinin əmək kitabçası onun ailə üzvlərinə verilir və ya onların tələbi ilə poçtla göndərilir.