logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?

  • Bloq
  • 28-iyl-2025, 10:21
  • 17
Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?

Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?


Mövzunu ekspert Anar Bayramov şərh edir. Əgər vergi ödəyicisi ilin ortasında öz fəaliyyətini müvəqqəti dayandırırsa, o zaman Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, 30 gün müddətində mənfəət ( gəlir) vergisi bəyannaməsini təqdim etməlidir. Lakin bəzən təcrübədə rastlaşırıq ki, vergi ödəyicisi ilin ortasında, məsələn 31.08.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırmasına baxmayaraq, həmin il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi üçün son tarix kimi 31.03.2025-ci il tarixi olduğunu düşünür və mənfəət vergisi bəyannaməsini təqdim etmir. Vergi ödəyicisi bəyannamənin təqdim olunması üçün son tarix olaraq 31.03.2025-cü ili gözlədiyi müddət ərzində vergi orqanı tərəfindən kameral qaydada ona mənfəət vergisi hesablanır.

Əvvəllər təcrübədə vergi ödəyicisi ilin ortasında fəaliyyətini dayandırır, Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, həmin il üçün mənfəət vergisi bəyannaməsi təqdim edirdi və ilin əvvəlindən fəaliyyətini dayandırdığı günədək əldə etdiyi gəlirləri və bu gəlirlərin əldə edilməsi ilə bağlı olan xərcləri mənfəət vergisi bəyannaməsində əks etdirirdi. Həmin müddət aralığı üçün mənfəət vergisi öhdəliyini ödəyir və cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqlənirdi. Bir müddət keçdikdən sonra vergi ödəyicisi fəaliyyətini yenidən bərpa edirdi. Lakin fəaliyyətini bərpa etdikdən sonra fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövr ərzində əldə etdiyi gəlirləri vergiyə cəlb etmir və dəqiqləşmiş bəyannamə təqdim etmirdi. Həmin il üçün təqdim etdiyi cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqləndiyi üçün və Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, həmin dövr üçün vergi orqanı tərəfindən kameral vergi yoxlamasının aparılması mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövrə qədər əldə etdiyi gəliri vergiyə cəlb etmir və vergidən yayınırdı.

Misal: Tutaq ki, vergi ödəyicisi 30.06.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırıb. İlin əvvəlindən həmin tarixədək müəssisənin 800.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 manat xərcləri olub. Fəaliyyətini dayandırdığı üçün 30 gün müddətində cari mənfəət vergisi bəyannaməsini təqdim edir və 600.000 manat mənfəətindən 120.000 manat mənfəət vergisini ödəyir. Müəssisə 01.09.2024-cü il tarixində yenidən fəaliyyətini aktiv edir və 01.09.2024-cü il tarixdən 31.12.2024-cü il tarixədək 100.000 manat gəlir əldə edir. Ancaq müəssisə bu dövr ərzində əldə etdiyi gəliri vergiyə cəlb etmir.

2024-cü ildən Vergi Məcəlləsinə edilən əlavəyə əsasən, əgər vergi ödəyicisi ilin ortasında fəaliyyətini müvəqqəti dayandırarsa və fəaliyyətini dayandırdığı günədək olan dövr üçün mənfəət vergisi bəyannaməsi təqdim edərsə, sonradan həmin ildə fəaliyyətini təkrar bərpa edərsə, o zaman növbəti ilin 31 martından gec olmayaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməlidir.
Yuxarıda qeyd edilən misalda müəssisə yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməli və bəyannamədə il ərzində əldə etdiyi ümumi 900.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 xərci əks etdirməklə 700.000 manat mənfəətindən vergisini ödəməlidir.

Əks halda, vergi orqanı tərəfindən kameral qaydada vergi hesablanacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    03-okt-2025 | Bloq
  • Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    03-okt-2025 | Bloq
  • Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    02-okt-2025 | Bloq
  • Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    02-okt-2025 | Bloq
  • Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    01-okt-2025 | Bloq
  • Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    01-okt-2025 | Bloq
  • İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    30-sen-2025 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    30-sen-2025 | Bloq
  • Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    29-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech