30 000 AZN-dək gəlirim olduğu halda 2% sadələşdirilmiş vergi ödəyə bilərəmmi?

Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yalnız gəlirin məbləğindən asılı deyil. Bu zaman vergi ödəyicisinin fəaliyyət növü, xidmətlərin kimlərə göstərilməsi və həyata keçirilən əməliyyatların həcmi də nəzərə alınır.
Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər, həmin maddədə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər.
Eyni zamanda, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, müəyyən hallarda həm əhaliyə, həm də hüquqi şəxslərə və vergi ödəyicisi kimi uçotda olan fiziki şəxslərə xidmət göstərən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik ola bilərlər. Bunun üçün rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmət və işlər üzrə ümumi əməliyyatların 30 faizindən çox olmamalıdır.
Sorğunuzda qeyd olunan fəaliyyətdən göründüyü kimi, telekommunikasiya avadanlıqlarının servis xidmətləri əsasən vergi ödəyicisi kimi uçotda olan yerli şirkətlərə göstərilir. Bu halda, illik gəlirin 30 000 AZN-dən çox olmaması özlüyündə 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yaratmır.
Beləliklə, xidmətləriniz yalnız və ya əsasən digər vergi ödəyicilərinə göstərildiyi halda, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmadığından, fəaliyyətinizi gəlir vergisi ödəyicisi kimi davam etdirməlisiniz.
Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu və 218.6.2-ci maddələri.

en
ru
tr