Digər şirkətlərdən işçi cəlb edilməsinə görə ödənilən xidmət haqqına ƏDV tətbiq olunurmu?
- Tarix
- Oxunma 11
Digər şirkətlərdən işçi cəlb edilməsinə görə ödənilən xidmət haqqına ƏDV tətbiq olunurmu?

Bir çox hallarda sahibkarlıq subyekləri layihələrin icrası zamanı digər subyektlərdən xidmətlər alırlar. Bəzi hallarda isə hətta digər şirkətlərdən işçiləri öz layihələrinə cəlb edirlər. Bəs bu halda göstərilən xidmətlərin qarşılığında ödənilən haqlar ƏDV-yə cəlb edilirmi? Həmin xidmətlər necə rəsmiləşdirilir? Suallara iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir.
Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir.
ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.
Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.
Burada diqqət ediləsi əsas məqam ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsinin istisna olunmasıdır. Bunu nümunə üzərindən daha aydın izah edə bilərik.
Misal: Tutaq ki, “AA” MMC podrat müqaviləsi üzrə tenderi qazanıb. Bu layihəni vaxtında icra etmək üçün ona əlavə işçi heyəti lazmdır. Ona görə də “AA” MMC “ZZ” MCC-yə müraciət edərək ondan əmək müqaviləsi olan 10 nəfər işçini müəyyən müddət çərçivəsində “AA” MMC-yə xidmət göstərməsini xahiş edir. Bu halda şirkətlər arasında 2 müqavilə bağlamalıdır. Müqavilənin biri işçilərərin dəvət edilməsi və əməkhaqlarının ödənilməsi ilə bağlıdır. Həmin müqavilədə görüləcək işin adı, sahəsi, vaxtı, işə cəlb ediləcək işçilərin siyahısı (FİN nömrələri qeyd edilməklə) və əmək müqaviləsində göstərilən qross əməkhaqqının məbləğini göstərmək və hər bir işçinin işləyəcəyi saatları qeyd etmək vacibdir. Tutaq ki, adıçəkilən şirkətlər arasında bağlanan bu müqavilənin aylıq dəyəri 30.000 manatdır. Eyni zamanda “ZZ” MMC “AA” MMC ilə əlavə xidmət haqqının alınması ilə bağlı ayrıca daha bir müqavilə bağlayır. Bununla şirkət işçiləri digər şirkətə verməklə göstərdiyi xidmətin haqqını alacaq. Bu müqavilənin aylıq dəyəri isə 5.000 manatdır. Nəzərə alaq ki, hər 2 şirkət ƏDV ödəyicisidir.
Bundan sonra “ZZ” MMC-nin işçiləri “AA” MMC-də işləməyə başlayır. Hər ay bitəndən sonra “ZZ” MMC elektron qaimə-faktura yazır. Sənəddə 2 bənd qeyd etməlidir. Onlardan birində MMC-nin özünə çatacaq xidmət haqqı məbləğini qeyd edəcək və onu ƏDV-yə cəlb edəcək. Digərində isə işçilərə əməkhaqqı kimi veriləcək məbləği qeyd edəcək. Bu məbləğ ƏDV-yə cəlb edilməyəcək.
“AA” MMC 5.000 manat + ƏDV məbləğini “ZZ” MMC-yə ödəyəcək. Əlavə olaraq, işçilərin əməkhaqqısı üçün nəzərdə tutulan 30.000 manatı da “ZZ” MMC-yə ödəyəcək. “ZZ” MMC 5.000 manat məbləği ƏDV bəyannaməsində Əlavə 3-də qeyd edərək ƏDV məbləğini dövlət büdcəsinə ödəyəcək. 30.000 manatı isə ƏDV-yə cəlb edilməyən məbləğ kimi göstərəcək. Həmin məbləği işçilərin maaş kartına, eləcə də sosial tutulmalara yönləndirməlidir.
Göründüyü kimi, burada 30.000 manata görə ƏDV öhdəliyi yaranmadı. “ZZ” MMC mənfəət vergi bəyannaməsində həmin məbləği həm gəlirdə, həm də xərcdə göstərəcək və gəlirdən çıxılan xərc kimi qeyd edəcək.
Xidmət haqqı kimi alınan 5.000 manatı isə gəlir kimi qeyd edəcək və 20% mənfəət vergisinə çıxılacaq.
“AA” MMC isə həm 30.000 manatı, həm də 5.000 manatı xərc kimi hesabatlarda göstərəcək.
Burada əsas diqqət yetiriləcək məqam odur ki, görüləcək işin detalları müqavilədə yazılmalıdır. Bununla gələcəkdə vergi orqanları ilə mübahisəli məqamların yaranmasının qarşısı alınacaq.

en
ru
tr