logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV məbləğinin gec ödənilməsinə görə maliyyə sanksiya hesablanması

  • Bloq
  • 17-may-2022, 13:12
  • 118
ƏDV məbləğinin gec ödənilməsinə görə maliyyə sanksiya hesablanması


Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bu maddə də ƏDV ödənişlərinin tənzimlənməsi ilə bağlıdır. Vergi Məcələsinin 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

Misal 1. Vergi ödəyicisi 24 noyabr 2020-ci il tarixdə ona təqdim edilən mallara görə 23 600 manat vəsaiti qarşı tərəfə ödəməlidir. Həmin malın dəyəri 20 000 manat olduğu üçün 3600 manat (20 000 manat x 18 faiz) məbləğində ƏDV qarşı tərəfə ödənilir. Əgər vergi ödəyicisi malların dəyərini - 20 000 manatı 25 noyabr tarixində, 3600 manatı isə 26 noyabr tarixində ödəyərsə, bu halda vergi ödəyicisinə gec ödənilən ƏDV məbləğinə görə 1800 manat (3600 x 50 faiz) məbləğində maliyyə sanksiyası hesablanacaq.

Misal 2.ƏDV ödəyicisi qarşı tərəfdən ƏDV daxil 1180 manatlıq xidmət alır. Vergi ödəyicisi 25 oktyabr tarixində həmin məbləği ƏDV daxil olmaqla tam şəkildə vergi ödəyicisinin hesablaşma hesabına ödəyir. Vergi ödəyicisi 180 manatlıq ƏDV məbləğini qarşı tərəfin depozit hesabına ödəməsə belə, ona Vergi Məcəlləsinin 58.6-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunmayacaq. Amma ƏDV məbləği ƏDV depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi bu məbləği əvəzləşdirmək hüququna malik olmayacaq.

Misal 3. Vergi ödəyicisi qarşı tərəfdən 500 manatlıq (ƏDV-siz) mal alıb. Vergi ödəyicisi qərar verir ki, ilkin olaraq 200 manatlıq ödənişi həyata keçirsin. Vergi ödəyicisi 25 sentyabr 2020-ci il tarixdə 200 manat əsas məbləği və 36 manat (200 x 18 faiz) məbləğində ƏDV-ni ödəyir. Vergi ödəyicisi ona təqdim olunan elektron qaimə-faktura üzrə 90 manat (500 manat x 18 faiz) məbləğində ƏDV-nin müəyyən hissəsini ödəsə də, ona maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki vergi ödəyicisi ödədiyi malın dəyərinə mütənasib ƏDV məbləğinin eyni gündə ödənişini həyata keçirib.

Misal 4.Vergi ödəyicisinə qarşı tərəf 1000 manatlıq (ƏDV-siz) xidmət təqdim edib. Vergi ödəyicsi 1000 manatı tam ödəsə də, hesablanan 180 manatlıq ƏDV məbləğinin 120 manatını ƏDV depozit hesabına ödəyib. Vergi orqanı bu halda vergi ödəyicisinə 30 manat ((180-120) x 50 faiz) məbləğində maliyyə sanksiyası hesablayacaq.

Misal 5. Sadələşdirilmiş vergi ödəyicisi olan MMC və ya fərdi sahibkar ona təqdim edilən elektron qaimə-faktura əsasında 5900 manat (ƏDV daxil) mal üzrə ödənişləri fərqli tarixlərdə həyata keçirib. Vergi ödəyicisi 25 noyabr 2020-ci il tarixdə 5000 manat, 30 noyabr 2020-ci il tarixdə isə 900 manat (5000 manat x 18 faiz) məbləğində ƏDV-ni qarşı tərəfə ödəyib. Bu halda vergi orqanı tərəfindən sadələşdirilmiş vergi ödəyicisinə qarşı ƏDV-nin gec ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə maliyyə sanksiyası ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə şamil olunur.

Misal 6. ƏDV ödəyicisi olan vergi ödəyicisi qarşı tərəfə təqdim olunacaq mallar üçün 30 000 manat məbləğində avans ödəyir və hər hansı ƏDV ödənişini də həyata keçirmir. Vergi orqanı ƏDV ödəyicisi tərəfindən ƏDV-nin ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsini tətbiq etməyəcək. Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə maliyyə sanksiyası avans məbləği üzrə ödənişlərə şamil olunmur.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]