logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçilərin bədbəxt hadisələrdən sığorta haqqı nə qədərdir?

  • Bloq
  • 25-sen-2021, 00:32
  • 423
İşçilərin bədbəxt hadisələrdən sığorta haqqı nə qədərdir?

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir. Mövzunu təhlil edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Qanunun 3.1-ci maddəsinə əsasən, əmək fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər sığorta olunmalıdır:

1. Əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;
2. İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
3. Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
4. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
5. Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
6. Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər.

Sığorta olunmuş şəxslərə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan aşağıdakı hallarla əlaqədar sığorta təminatı verilir:

Ölüm;
Əmək qabiliyyətinin daimi tam itirilməsi;
Əmək qabiliyyətinin daimi qismən itirilməsi;
Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi;
Əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əməkhaqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.

Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur. Növbəti təqvim ili üçün sığorta tarifləri cari ilin dekabr ayının 1-dək müəyyən olunmalıdır. Peşə risklərinin dərəcələrini daha aydın şəkildə görmək üçün aşağıdakı cədvələ nəzər yetirək.

İstehsalatda bədbəxt hadisələrə qarşı sığorta olunanların kateqoriyaları üzrə peşə risklərinin dərəcəsinə uyğun tariflər (faizlər):



Qeyd edək ki, müəssisələrin fəaliyyət növləri üzrə peşə riskinin dərəcələri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında aydın şəkildə öz əksini tapır. Həmin qərarda verilmiş iqtisadi fəaliyyət növlərindən bəzilərini müvafiq peşə risklərinin dərəcləri ilə birlikdə aşağıdakı cədv'əldə görə bilərik.

Risk dərəcələri üzrə bəzi fəaliyyət növləri:

[center]



Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri aşağıdakı kimi müəyyən edilir:

1. Qulluqçular üçün – 0,2-0,5% arasında;
2. Fəhlələr üçün – 0,4-2,0% arasında.

Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilməlidir. Sığorta hadisəsi baş verdiyi təqdirdə zərər çəkmiş şəxsə sığorta ödənişləri sığortalının itirdiyi bədən üzvlərinin həyati əhəmiyyətinə və əmək qabiliyyətinə təsirlərinə görə sığorta məbləğindən faizlə hesablanır. Sığorta ödənişləri sığorta olunmuş şəxslərə birdəfəlik və ya müntəzəm olaraq ödənilə bilər.

012 408 24 22
070 694 24 22
[email protected]


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq
  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq
  • Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    28-okt-2025 | Bloq
  • Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    28-okt-2025 | Bloq
  • Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    27-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech