logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?

  • Bloq
  • 30-okt-2025, 09:48
  • 39
Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?

Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?


Vergi Məcəlləsinin tələblərinə görə, sərnişindaşıma fəaliyyəti sadələşdirilmiş verginin ödəyicilərinə aid olan əməliyyatlardır. Bəs həmin şəxslər vergi bəyannaməsi verməlidirlərmi? Bu zaman dividentlər necə bölüşdürülür və rəsmiləşdirilir? Mövzu ilə bağlı suallara Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 221.4.5.-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri, həmin Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Bundan əlavə, Vergi Məcəlləsinin 219.5-ci maddəsində göstərilib ki, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

Maddədən də aydın olur ki, sadələşdirilmiş verginin ödəyiciləri ƏDV-nin, mənfəət vergisinin ödəyiciləri olmadığına baxmayaraq, təsisçilərə divident ödəyəndə ödəmə mənbəyində vergi tutulmasından azad edilməyiblər. Burada mikro sahibkarlar istisna təşkil edir.

Həmçinin, Vergi Məcəlləsinin 221.6-cı maddəsinin tələblərinə görə, bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə olunmuş mənfəətə (zərərə) aid edilmir. Odur ki, vergi ödəyiciləri bu fəaliyyət növü üzrə gəlirlərini və xərclərini ayrı-ayrılıqda aparmalıdırlar. Maddənin tələblərinə görə, həm sərnişindaşıma üzrə olan mənfəət, həm də digər fəaliyyətdən əldə edilmiş mənfəət (zərər) ayrılıqda uçota alınır və bir-biri ilə qarışdırılmır. Nəticə olaraq, hər bir fəaliyyət üzrə əldə edilmiş mənfəət və ya zərər ayrı-ayrılıqda bölüşdürülə bilər.

Vergi qanunvericiliyinə əsasən, vergi uçotunda sərnişindaşıma üzrə fəaliyyətdən mənfəət, digər fəaliyyətdən zərər olmuşdursa, sərnişindaşımadan yaranmış xalis mənfəəti bölüşdürmək olar. Ancaq mühasibat uçotu baxımından, bu, düzgün deyil. Çünki mühasibat uçotu baxımından ümumi fəaliyyətin nəticələrinə görə formalaşmış xalis mənfəət bölüşdürülür, yəni bütün fəaliyyətlərin cəmi nəzərə alınır. Ona görə də sahibkarlara tövsiyə olunur ki, əlavə sualların, uçot fərqlərinin yaranmaması üçün yaxşı olardı ki, təkcə sərnişindaşıma üzrə yox, ümumi fəaliyyətin nəticlərinə görə xalis mənfəət yaranarsa, divident ödənilsin.

Sərnişindaşıma üzrə fəaliyətdən gələn gəlirlər və ya xərclər mənfəət vergisi bəyannaməsində nəzərə alınmır. Ancaq bu fəaliyyətdən əldə edilən xalis mənfəət və ya zərər Əlavə 1-də göstərilir.

Misal: Tutaq ki, MMC-nin əsas fəaliyyətindən 2024-cü ildə 100.000 manat zərəri fomalaşıb, sərnişindaşımadan isə 50.000 manat xalis mənfəəti yaranıb.

Şirkət 50.000 manatı divident kimi təsisçilərə ödəmək qərarına gəlib. Bu zaman 5.000 manat (50.000 x 5% = 5.000 manat) divident vergisini tutub büdcəyə ödəməlidir. Nəticədə vergini ödəyəcəyi rübün ödəmə mənbəyində vergi bəyannaməsində qeyd edəcək.

Mənfəət vergisi bəyannaməsi Əlavə 1-də 50.000 manat sərnişindaşımadan yaranmış xalis mənfəət “daxil olan” sütununda yazılmalıdır. Divident kimi ödənilən 50.000 manat da həmin sətrin “silinmişdir” sütununda qeyd olunacaq. 100.000 manat zərər isə aktivlərdə “digər aktivlər” hissəsində yazılacaq.

Nəticə olaraq, yenə də ilin sonuna qalıqda xalis mənfəət 0,00 olacaq. Adətən, belə halda vergi orqanlarından kameral yoxlamalar zamanı uyğunsuzluq gəlmir. Çünki 50.000 manat divident ödəmə mənbəyində vergi hesabatında yazılıb və ödənilib. Uyğunsuzluq gəldiyi halda, açıqlama verilərək aradan qalxmış olur.

Əgər hər iki fəaliyyətdən zərər olubsa, (50.000 manat zərər sərnişindaşımadan və 100.000 manat əsas fəaliyyətdən), hər iki cəmlənmiş zərər Əlavə 1-də digər aktivlərdə yazılacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
    Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
    16-fev-2026 | Bloq
  • Əmək müqaviləsində göstərilən məbləğdən tutululan vergini kim ödəyir: işçi, yoxsa işəgötürən?
    Əmək müqaviləsində göstərilən məbləğdən tutululan vergini kim ödəyir: işçi, yoxsa işəgötürən?
    16-fev-2026 | Bloq
  • Könüllü açıqlamanın əhatə dairəsi genişləndirilib
    Könüllü açıqlamanın əhatə dairəsi genişləndirilib
    13-fev-2026 | Bloq
  • Məzuniyyət zamanı orta əməkhaqqının hesablanmasında incə məqamlar
    Məzuniyyət zamanı orta əməkhaqqının hesablanmasında incə məqamlar
    13-fev-2026 | Bloq
  • Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi
    Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi
    12-fev-2026 | Bloq
  • İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?
    İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?
    12-fev-2026 | Bloq
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA
    Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA
    11-fev-2026 | Bloq
  • POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?
    POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?
    11-fev-2026 | Bloq
  • Müəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?
    Müəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?
    10-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech