logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda

  • Bloq
  • 29-okt-2025, 09:49
  • 16
Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda

Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda


Statistiktik göstəricilərə görə, hər il ölkədə vergi ödəyicilərinin sayı artır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarında bildirilir ki, son bir ildə vergi ödəyicisi kimi qeydiyyatdan keçən şəxslərin sayı 4,8% artıb. 2025-ci il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 653 min 132 vergi ödəyicisi qeydiyyata alınıb. Onlardan 86,9%-i fiziki, 13,1%-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5%, idarə, müəssisə və təşkilatların sayı isə 7,2% artıb.

Bəs uğurlu vergi ödəyicisi olmaq üçün hansı yollardan keçmək lazımdır? Sahibkarlar hansı vergi rejimini və hüquqi formanı seçməlidirlər? Suallara ekspert İlkin Lələyev aydınlıq gətirir.

Hazırda fəaliyyət göstərən əksər sahibkarın əziyyət çəkdiyi əsas məsələlərə baxdıqda müəyyən nəticələrə gəlmək mümkündür. Həmin qənaətlərə əsaslanaraq sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin diqqət etməli olduqları məqamları vurğulamaq istəyirik.

Təşkilati-hüquqi formanın seçilməsi

Sahibkarın fəaliyyətinin dövlət qeydiyyatına alınması zamanı ən vacib məqamlardan biri məhz təşkilati-hüquqi formanın seçilməsidir. Bu, gələcək fəaliyyət üçün şəxslərin hüquqi məsuliyyəti, şirkətlər qarşısında inamlı rolu kimi faktorlara təsir edir. Bu məqsədlə, əsasən, fiziki şəxs, yoxsa hüquqi şəxs (MMC, ASC, QSC və s.) kimi qeydiyyat növlərindən biri seçilir. Bunların hər birinin özünəməxsus fərqli cəhətləri var.

Fiziki şəxs kimi qeydiyyat sahibkar üçün daha çox məsuliyyət, daha az sənədləşmə, bazarda daha aşağı inam vəd edir. Ancaq hüquqi şəxs olaraq qeydiyyatdan keçmək bunun tam əksini göstərir. Vergiyə cəlbetmə baxımdan da hər iki təşkilati-hüquqi formanın oxşar və fərqli cəhətləri mövcuddur. Bu baxımdan, şirkətin fəaliyyət istiqaməti, böyümə potensialı, qloballaşma planları və s. kimi faktorlar nəzərə alınmaqla doğru təşkilati-hüquqi forma seçilməlidir.

Vergi mükəlləfiyyəti seçimi

Təcrübədə ƏDV qeydiyyatına alınma ehtiyacı, məcburiyyəti olmadığı halda, ƏDV ödəyicisi olan şirkətlərlə qarşılaşırıq. Belə ki, bu müəssisələrin artıq vergi yükü - ƏDV öhdəliyi yaranır ki, mövcud vergi qanunvericiliyinə görə ƏDV qeydiyyatından çıxmaqla bağlı müəyyən müddət və dövriyyə tələbləri olduğuna görə, həmin vergi yükünü azaltmaq mümkün olmur. Vergi mükəlləfiyyətinin seçilməsi şirkətin əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması formasının seçim mərhələsi fəaliyyətə uyğun ədalətli vergitutma mexanizmindən istifadəyə kömək edir. Qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər, məcburi hallar nəzərə alınmaqla, sahibkar istənilən vergitutma növünü, mükəlləfiyyəti seçə bilər.

Vergi Məcəlləsinə əsasən, bu istiqamətdə 3 əsas seçim var:

- Gəlirlərin (hasilatın) sadələşdirilmiş vergiyə cəlb edilməsi;

- Gəlirlərin (xərclər çıxılmaqla) mənfəət (gəlir) vergisinə cəlb edilməsi:

- Gəlirlərin ƏDV və mənfəət (gəlir) vergisinə cəlb edilməsi.

Fəaliyyətə başlayan zaman bu seçimin doğru edilməsi şirkətin ən optimal vergi öhdəliklərinin formalaşmasına xidmət edəcək.

Vergi güzəşti və azadolmalarından doğru istifadə

Bəzi sahibkarlar biznesin vergi güzəşti və azadolmalarının işləmə mexanizmindən məlumatsız olurlar. Bu səbəbdən də onlar bununla bağlı hüquqlarından vaxtında istifadə edə bilmirlər. Vergi güzəştləri və ya azadolmalar müəyyən limitlər, şərtlər çərçivəsində verilir. Həmin şərtlər qorunmadıqda, tələblər pozulduqda biznes də azadolmadan məhrum olur.

Sahibkar biznes-plan hazırlayarkən vergi güzəştindən faydalanacağını düşünür. Ancaq bu mexanizmi doğru qurub işini tənzimləməzsə, gələcəkdə onun nəzərə almadığı vergi öhdəlikləri maliyyə yükünü artıra, şirkətin fəaliyyətinə ciddi zərər verə bilər.

Beləliklə, azadolma və güzəştlərdən faydalanmaq istəyən sahibkar əvvəlcədən onun tam işləmə mexanizmini başa düşməli, biznesinin həmin tələblərə cavab verdiyi halda ondan faydalana biləcəyini nəzərə almalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq
  • Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    28-okt-2025 | Bloq
  • Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    28-okt-2025 | Bloq
  • Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    27-okt-2025 | Bloq
  • İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları
    İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları
    27-okt-2025 | Bloq
  • Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    24-okt-2025 | Bloq
  • Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    24-okt-2025 | Bloq
  • SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    23-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech