VÖEN-in ləğv edilməsi
Dövlət Vergi Xidmətindən “AZE CONSULTING”ə bildirilib ki, xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:
xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə;
daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda.
Əsaslandırma: Vergi Məcəlləsinin 33.8.8-ci maddəsi