logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-rezidentin beynəlxalq daşıma xidmətlərinə görə yaranan vergi öhdəlikləri yaranırmı?

  • Bloq
  • 05-apr-2023, 09:46
  • 358
Qeyri-rezidentin beynəlxalq daşıma xidmətlərinə görə yaranan vergi öhdəlikləri yaranırmı?
Suala aydınlıq gətirmək üçün Vergi Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsaslamaq lazımdır.

Məcəllənin 125.1.4-cü maddəsinə əsasən, beynəlxalq nəqliyyat xidmətlərinə görə qeyri-rezidentə hesablanan ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmalıdır. Əgər daşımalar Azərbaycan Respublikasının hüdudlarından kənar başqa dövlətlərin təyinat məntəqələri arasında həyata keçirilərsə və ya Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçərsə, qeyri-rezidentə hesablanmış ödəmələr bu maddənin məqsədləri üçün vergitutma obyekti deyildir.

Maddənin mahiyyəti budur ki, beynəlxalq daşımalar zamanı qeyri-rezidentə hesablanmış ödəmələr o halda ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergiyə cəlb olunur ki, daşımalar üzrə başlanğıc və ya təyinat məntəqələri Azərbaycan Respublikası olsun.

Deməli, yuxarıdakı nümunəyə uyğun olaraq rezident vergi ödəyicisi öz malının Azərbaycandan Türkiyəyə daşınmasına görə qeyri-rezidentə ödədiyi xidmət haqqından ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutmalıdır. Hesablanmış ödənişin məbləğini 5.000 manat qəbul etsək, ödəmə mənbəyində tutulmalı olan vergi məbləği 300 manat olacaq:

5.000 x 6 % = 300 manat.

Fərz edək ki, rezident vergi ödəyicisi öz malının Türkiyədən-İtaliyaya daşınması (yaxud Azərbaycandan tranzit keçməklə) üçün qeyri-rezidentə xidmət haqqı ödəyəcək. Bu halda həmin ödəniş bu maddənin məqsədləri üçün vergitutma obyekti deyildir.

Təcrübədə daha çox rast gəlinən suallardan biri də qeyri-rezidentlərə beynəlxalq daşıma xidmətlərinə görə hesablanmış ödənişlərin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunması ilə bağlıdır. Bəzən bu sualla bağlı 165-ci maddənin müddəaları tətbiq olunur.

Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin (verginin sıfır dərəcə ilə tutulması) müddəaları Azərbaycan Respublikasında ƏDV qeydiyyatından keçmiş vergi ödəyiciləri üçün nəzərdə tutulub.

Qeyri-rezidentlər isə Azərbaycan Respublikasında ƏDV qeydiyyatından keçmədən iş və xidmət göstərərlərsə, bu halda onlardan Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən ödəmə mənbəyində 18 faiz dərəcə ilə vergi tutulmalıdır. 169-cu maddəyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adıçəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən, rezident vergi ödəyicisi beynəlxalq daşımalara görə qeyri-rezidentə ödəmələrindən ödəmə mənbəyində eyni zamanda 18 faiz dərəcə ilə ƏDV tutmalıdır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech