logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?

  • Bloq
  • 06-noy-2025, 10:46
  • 25
İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?

İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?


Əmək Məcəlləsinin tələblərinə əsasən, bəzi kateqoriyalardan olan işçilər üçün əmək məzuniyyətlərinin müddətində fərqlər mövcuddur. Məsələn, müəllimlər üçün bu müddət 56 gün, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilər üçün 42 təqvim günündən az olmayaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər üçün 46 təqvim günündən az olmayaraq təsbit edilib. Bəs sonuncu kateqoriyaya aid olan işçilərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə hesablanmalıdır?

Qeyd edək ki, bu mövzu ətrafında fikir ayrılıqları mövcuddur. Əmək Məcəlləsinin 120-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış mütəxəssislərin bəziləri hesab edir ki, həmin maddələrdə müəyyən olunmuş məzuniyyət bu şəxslərin əsas məzuniyyətidir və əmək müqaviləsinə xitam verilən zaman onlara kompensasiya da məhz bu məzuniyyət günlərinin sayına görə hesablanmalıdır. Digər qrup isə hesab edir ki, bu halda Əmək Məcəlləsinin 144-cü maddəsinə əsaslanaraq əmək məzuniyyəti günləri deyil, 21 və ya 30 təqvim günü olaraq müəyyənləşdirilmiş əsas məzuniyyət günlərinə görə kompensasiya hesablanmalıdır.

Məsələ ilə bağlı açıqlama verən ekspert Nüsrət Xəlilov qeyd edib ki, Əmək Məcəlləsinin 112-ci maddəsində işçinin əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti hüququnun olması öz əksini tapıb: “Məcəllənin 144-cü maddəsində isə göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq, bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib”.

Bəs Əmək Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş məzuniyyət hüququ müharibə iştirakçılarının əsas məzuniyyəti hesab olunurmu? Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilən peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir: “Həmin maddənin 2-ci hissəsində göstərilib ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir, 3-cü hissədə isə hansı işçilərə ödənişli əsas məzuniyyətin 30 təqvim günü müddətində verildiyi göstərilib. Deməli, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə diqqətlə nəzər yetirdikdə onlara bu məzuniyyətin əsas məzuniyyət kimi deyil, əmək məzuniyyəti kimi müəyyən olunmasını görə bilərik”.

Məsələyə rəsmi münasibət də bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən cavabda bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən, səbəbindən asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir: “Bu zaman Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müharibə veteranları da, digər işçilər kimi, işdən çıxarkən istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almaq hüququna malikdirlər. Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, əsas məzuniyyətin minimum müddəti, işçinin vəzifəsindən asılı olaraq, 21 və ya 30 təqvim günü müəyyən edilir. Bu baxımdan, işdən çıxan zaman işçiyə onun istəyi ilə həmin iş ili və ya illəri üçün məzuniyyət verilə bilər və bu halda işdənçıxma tarixi məzuniyyətin son günü hesab olunur. Əgər işçi bu hüquqdan istifadə etmək istəmirsə, ona istifadə olunmamış məzuniyyət günlərinə uyğun kompensasiya ödənilir”.

Beləliklə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə işdən çıxarkən son haqq-hesab hesablanan zaman 21 və 30 gün əsas məzuniyyətə görə kompensasiya ödənilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər
    İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər
    23-dek-2025 | Bloq
  • Borc məbləğlərinə görə vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?
    Borc məbləğlərinə görə vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?
    23-dek-2025 | Bloq
  • İşğaldan azad olunmuş ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək
    İşğaldan azad olunmuş ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək
    22-dek-2025 | Bloq
  • Orqanomineral gübrələrin idxalı və satışı ƏDV-dən azad ediləcək
    Orqanomineral gübrələrin idxalı və satışı ƏDV-dən azad ediləcək
    22-dek-2025 | Bloq
  • Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər
    Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər
    19-dek-2025 | Bloq
  • Vəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?
    Vəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?
    19-dek-2025 | Bloq
  • Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
    Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
    18-dek-2025 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    18-dek-2025 | Bloq
  • ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    17-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech