logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kənd təsərrüfatı məhsullarının istehsalçıları hansı halda vergiyə cəlb edilə bilir?

  • Bloq
  • 12-okt-2021, 11:34
  • 161

Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. İqtisadçı ekspert Mahmud Abasquliyev “vergilər.az” saytına şərhində bildirib ki, Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur.

Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdikləri gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa, həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Misal 1: 1 hektar ərazidə becərilərək yetişdirilən xurmanın (təbiətdə olduğu kimi ilkin formada) satışından əldə edilən gəlir müvafiq olaraq sadələşdirilmiş vergi, gəlir vergisi və ƏDV-dən azaddır. Becərilərək yetişdirilmiş xurmanın (təbiətdə olduğu kimi ilkin formada olmadan) qurudulmuş halda konservləşdirilmiş satışından əldə olunan gəlir Vergilər Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaq.

Misal 2: 10 baş mal-qarası olan fermer mal-qaranın diri şəkildə bazarda satışını həyata keçirərsə, bu satışdan əldə olunan gəlir müvafiq olara sadələşdirlmiş vergi, gəlir vergisi və ƏDV-dən azaddır. Lakin mal-qaranın kəsərək ət şəklində satışı həyata keçirilərsə, artıq bu emala məruz qalan məhsul sayılır ki, həmin məhsulun satışından əldə olunan gəlir Vergilər Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaqdır.

Qeyd: Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə vergi güzəştlərindən istifadə etmək hüququna malik olan şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

• Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər.

• Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər.

• Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər.

• Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq
  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq
  • Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    28-okt-2025 | Bloq
  • Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    28-okt-2025 | Bloq
  • Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    27-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech