logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənişlərin verilməsi

  • Bloq
  • 13-okt-2021, 21:42
  • 298
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənişlərin verilməsi

Müəssisələrdə baş verən bədbəxt hadisələrlə əlaqədar məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarxili, 27 nömrəli Qərarı ilə təsdiq edilən “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydası”na uyğun olaraq aparılır. Mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, həmin Qaydaların 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir:

- əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;

- müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;

- müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;

- keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə;

- işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;

- istehsal avadanlıqları və obyektlərində qəza zamanı;

- növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;

- işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə;

- işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;

- əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;

- əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı.


Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarxili, 3 nömrəli Qərarı ilə təsdiq edilən “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtlərivə məbləği”nə dair sənədin 1.3-cü maddəsinə əsasən, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı) və işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduğu halda ödəməlidir.

Həmçinin, bu Qərarın 3.3-cü maddəsində göstərilib ki, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən əməkhaqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır və alınan ümumi məbləğ 12-yə bölünməklə orta aylıq əməkhaqqı tapılır. Alınan məbləğ işçinin əmək qabiliyyətini itirdiyi faizə vurulur.

Zərər vurulanadək zərərçəkənin 12 aydan az işləmiş olduğu halda, orta aylıq əməkhaqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əməkhaqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır.

Əgər işçi xəstə olduğu dövrdə təqsirkar müəssisədə işçilərin minimum əməkhaqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı baş verərsə, bu halda orta əməkhaqqı kütləvi artımdan sonrakı iki aylıq faktiki orta əməkhaqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Bu hesablama Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.


Misal: "A" müəssisəsində fauna sahəsində əmək müqaviləsi əsasında əməkhaqqı aylıq 800 manat olan, 5 günlük iş rejimi üzrə işləyən işçi 02.09.2021-ci il tarixində işlədiyi müəssisədə baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 70 faizini itirib. İşçi işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmayıb. Bu halda işçiyə nə qədər ödəniş verilməlidir?

800 x 12=9600 manat
9600 : 12=800 manat (orta aylıq əməkhaqqı)
800 x 70% = 560 manat.

Deməli, həmin işçiyə əmək qabiliyyətini itirməsinə görə 560 manat ödəniş edilir.

Eyni zamanda, Əmək Məcəlləsinin 239-cu maddəsi və Nazirlər Kabinetinin adıçəkilən 3 saylı qərarında nəzərdə tutulmuş ödənişlərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir.

Bununla yanaşı qeyd etmək istərdim ki, işçinin peşə əmək qabiliyyətinin itirilməsivə yaxud peşə xəstəliyi Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə ilə təsdiq edilir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq
  • Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    02-iyl-2025 | Bloq
  • Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    01-iyl-2025 | Bloq
  • Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    01-iyl-2025 | Bloq
  • ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    30-iyn-2025 | Bloq
  • Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri
    Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri
    30-iyn-2025 | Bloq
  • Kənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır?
    Kənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır?
    25-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]