logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Dividend gəlirlərinin mənfəət vergisinə cəlb edilməsi

  • Bloq
  • 17-okt-2023, 13:38
  • 140


Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir. Həmin maddənin müddəlarından da görmək olur ki, dividend gəliri satışdan kənar gəlir hesab edilir. Payçıların da dividend gəliri iki halda olar bilər: Azərbaycan Respublikasının hüdudlarından əldə edilən dividend və ölkə hüdudlarından kənarda əldə olunan dividend.

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından (daxildən) əldə edilən dividend vergitutma obyekti deyil.

Misal 1: “AA” MMC “BB” MMC-nin təsisçisidir. “BB” MMC il üzrə 600.000 manat mənfəət əldə edib və “AA” MMC-yə 400.000 manat dividend ödəyıb. Belə olan halda, dividendi ödəyən “BB” MMC Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, ödəmə mənbəyindən 10% vergi tutaraq ödəniş edib. Məcəllənin 122.2-ci maddəsində göstərilib ki, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun qaydada vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Sadəcə olaraq, dividend gəlirini əldə edən “AA” MMC il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 211.1-ci sətrində əldə etdiyi dividendin məbləğini göstərməli, bəyannamənin 219.1 sətrində isə həmin məbləği azaltmalıdır.

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən dividend vergitutma obyekti hesab olunur.

Misal 2: “AA” MMC xaricdə təsis edilmiş “C” LLC-nin təsisçisidir və “C” LLC “AA” MMC-yə 250.000 manat dividend ödənişi edib. Belə olan halda, “C” LLC 250.000 manatı mənfəətə cəlb etməli və mənfəət vergisi bəyannaməsində bəyan etməlidir.

Həmçinin, Vergi Məcəlləsinin 127-ci maddəsinə əsasən, ölkə hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Misal 3: “BX” MMC xaricdə təsis edilmiş “BY” LLC-nin təsisçisidir. “BY” LLC təsisçisi olan “BX” MMC-yə 300.000 manat dividend elan edib və öz ölkəsində bundan 15%, yəni 45.000 manat vergi ödəyib. Belə olan olan halda, “BX” MMC Azərbaycan Respublikasında 15.000 manat vergi ödəyəcək:

300.000 x 20% = 60.000 manat;
60.000 – 45.000 = 15.000 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq
  • Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    12-mar-2026 | Bloq
  • Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    12-mar-2026 | Bloq
  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech