logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

2024-cü il üzrə əməkhaqqından tutulmaların aparılması qaydası

  • Bloq
  • 20-dek-2023, 13:14
  • 283
2024-cü il üzrə əməkhaqqından tutulmaların aparılması qaydası


Əməkhaqqından icbari ödənişlərin tutulması qaydaları işçi və işəgötürənlər, eyni zamanda insan resursları sahəsində çalışanlar və mühasiblər üçün ən çox maraq doğuran mövzulardandır. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov 2024-cü ildən əməkhaqqından tutulmaların aparılması qaydasını şərh edir.

Qüvvədə olan qanunvericiliyə əsasən, hazırda əməkhaqqından aşağıdakı icbari ödənişlərin tutulması aparılır:

1. Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma – fiziki şəxsin gəliri əsasında müəyyən olunmuş qayda və dərəcədə tutularaq dövlət büdcəsinə ödənilən vəsait.

2. Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma - sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş.

3. İşsizlikdən sığorta haqqı üzrə tutulma - nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;

4. İcbari tibbi sığorta haqqı üzrə tutulma – xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması.


Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma

Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun olaraq tutulur:



Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.



İşsizlikdən sığorta haqqı üzrə tutulma

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

İcbari tibbi sığorta haqqı üzrə tutulma

İcbari tibbi sığorta haqqı üzrə tutulma aşağıdakı şəkildə aparılır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərin gəlirlərindən

• sığortalı tərəfindən

- işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

- 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz,

• sığortaolunan tərəfindən

- əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

- 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

2024-cü ildən muzdla işləyən şəxslərin gəlirlərindən tutulmalar eyni şəkildə aparılacaq. Hazırkı vəziyyətdə növbəti il üçün qeyd edilən tutulmaların dərəcələrinə hər hansı dəyişikliyin edilməsi gözlənilmir.

İndi isə bir neçə nümunə ilə tutulmaların aparılmasına nəzər salaq:

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 1: Hesablanan aylıq əməkhaqqı: - 600 manat

Vergiyə cəlb olunan məbləğ: - 600 manat

Gəlir vergisi: 56 manat (600-200) x14%)

DSMF ayırmaları: 18 manat (600 x 3%)

İşsizlikdən sığorta haqqı: 3 manat (600 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 12 manat (600 x 2%)

"NETT" əməkhaqqı: 511 manat (600-56-18-3-12)

Misal 2: Hesablanan aylıq əməkhaqqı: - 3.000 manat;

Vergiyə cəlb olunan məbləğ: - 3.000 manat;

Gəlir vergisi: 475 manat (2500 x14%) + (3000-2500) x 25%)

DSMF ayırmaları: 90 manat (3000 x 3%)

İşsizlikdən sığorta haqqı: 15 manat (3000 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 60 manat (3000 x 2%)

"NETT" əməkhaqqı: 2.360 manat (3000 - 475 - 90 - 15 - 60)

Misal 3: Hesablanan aylıq əməkhaqqı: - 8.500 manat;

Vergiyə cəlb olunan məbləğ: - 8500 manat;

Gəlir vergisi: 1.850 manat (2500 x14%) + (8500-2500) x 25%)

DSMF ayırmaları: 255 manat (8500 x 3%)

İşsizlikdən sığorta haqqı: 42,50 manat (8500 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 162,50 manat (8000 x 2%) + (8500 - 8000) x 0.5%)

"NETT" əməkhaqqı: 6.190 manat (8500 -1850 – 255 - 42.5 - 162.5)

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 4: Hesablanan aylıq əməkhaqqı: - 600 manat;

Vergiyə cəlb olunan məbləğ: - 600 manat;

Gəlir vergisi: 0 manat (8000 manatadək 0 faiz)

DSMF ayırmaları: 46 manat (200 x 3%) + (600 - 200) x 10%)

İşsizlikdən sığorta haqqı: 3 manat (600 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 12 manat (600 x 2%)

"NETT" əməkhaqqı: 539 manat (600 – 46 – 3 -12)

Misal 5: Hesablanan aylıq əməkhaqqı: 3.000 manat;

Vergiyə cəlb olunan məbləğ: - 3.000 manat;

Gəlir vergisi: 0 manat (8000 manatadək 0 faiz)

DSMF ayırmaları: 286 manat (200 x 3%) + (3000 - 200) x 10%

İşsizlikdən sığorta haqqı: 15 manat (3000 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 60 manat (3000 x 2%)

"NETT" əməkhaqqı: 2.639 manat (3000 – 286 -15 - 60)

Misal 6: Hesablanan aylıq əməkhaqqı: 8.500 manat;

Vergiyə cəlb olunan məbləğ: - 8.500 manat;

Gəlir vergisi: 70 manat (8500 – 8000) x 14%)

DSMF ayırmaları: 836 manat (200 x 3%) + (8500 - 200) x 10%)

İşsizlikdən sığorta haqqı: 42,50 manat (8500 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 162,50 manat (8000 x 2%) + (8500 - 8000) x 0.5%)

"NETT" əməkhaqqı: 7.389 manat (8500 – 70 – 836 - 42.5 -162.5)

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    17-sen-2025 | Bloq
  • İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    17-sen-2025 | Bloq
  • 2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    16-sen-2025 | Bloq
  • Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    16-sen-2025 | Bloq
  • Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    15-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    15-sen-2025 | Bloq
  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]