logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi orqanında uçotda olmayan fiziki şəxslə bağlanan xidməti müqaviləyə görə vergi öhdəlikləri

  • Bloq
  • 12-yan-2024, 12:56
  • 157
Vergi orqanında uçotda olmayan fiziki şəxslə bağlanan xidməti müqaviləyə görə vergi öhdəlikləri


Vergi qeydiyyatında olmayan fiziki şəxslərin xidməti müqavilə əsasında əldə etdikləri gəlirlərdən vergi və sosial sığorta haqqı hansı qaydada tutulur?
Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.


İşəgötürən tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllə ilə tənzimlənən mülki-hüquqi müqavilə (xidməti müqavilə) bağlanarkən həmin xidmətlərə görə aparılan ödənişlərin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunmuş güzəşt nəzərə alınmadan ödəmə mənbəyində Məcəllənin 101.1-ci maddəsinə əsasən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanır. Vergi “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənilməlidir.

Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi vergidən azaddır.

Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi həmin Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun qaydada hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci (vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə) maddələri tətbiq edilərkən gəlir vergisi həmin Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi, müvafiq olaraq, pensiya alan və xidmət göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

“Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, mülki xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər.

Aşağdakı nümunədə VÖEN-i olmayan fiziki şəxsin vergi öhdəliklərinə baxaq:

Misal: VÖEN-i olmayan fiziki şəxs tərəfindən 2.900 manat dəyərində xidmət göstərilib. Bu zaman vergi öhdəlikləri nə qədər olacaq?

Gəlir vergisi: 2500 x 14% = 350 manat;

(2900 - 2500 ) x 25% = 100 manat;

350 + 100 = 450 manat;

Sosial sığorta haqqı: 2900 x 25% = 725 manat.

Deməli, həmin fiziki şəxsin gəlirindən ödəmə mənbəyində 450 manat vergi, 725 manat sosial sığorta haqqı tutulub büdcəyə ödəniləcək.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech