logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi

  • Bloq
  • 29-yan-2024, 11:41
  • 152
Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi


Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

Qanunvericiliyin bu tələbini təlimçi ekspert Aqil Ağayev şərh edir.


Təcrübədə gecə vaxtı və çoxnövbəli iş rejiminə bəzən düzgün yanaşılmır. Öncə bilməliyik ki, gecə vaxtı yerinə yetirilən işin müddəti Məcəllədə göstərildiyi kimi, saat 22:00-06:00 aralığındadır. Bəs çoxnövbəli iş rejimi və gecə vaxtının fərqi nədir?

Çoxnövbəli iş rejimi dedikdə, mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

Çoxnövbəli iş rejimində (gecə və axşam növbəsi):

Gecə növbəsində əməkhaqqının 40 faizi həddində əlavə haqq müəyyən edilir;
Axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq müəyyən edilir.
İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22:00-dan səhər saat 06:00 -dək ) düşən iş növbəsi isə gecə növbəsi hesab edilir.

Gecə növbəsinin hesablanmasının praktiki izahı:

Misal 1: Müəssisənin əməkdaşı 5 günlük iş rejimində aylıq 160 saat çalışıb. İşə başlama və işi bitirmə saatları 20:00-dan 04:00-a kimi (1 saat nahar fasiləsi) müəyyən olunub. İşçinin aylıq əməkhaqqı məbləği 1000 manatdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun işə cəlb edilən əməkdaş tam ayı işləyib. Bu halda onun alacağı aylıq əməkhaqqının məbləğini hesablayaq:

(1000 : 160) x 160 =1000 manat (aylıq əməkhaqqına görə hesablama);

1000 x 40% = 400 manat (gecə növbəsinə görə hesablama);

1000 + 400 = 1400 manat (cəmi hesablanmış əməkhaqqı).

Göründüyü kimi, iş saatları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun olaraq 22:00-06:00 aralığında deyil, 20:00-04:00 aralığındadır. Diqqət edilməli məqam isə odur ki, əməkdaşın ilk iki saatı gecə vaxtına düşmür, lakin hesablamaya daxil edilib. Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarına əsasən, "Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə İZAHAT" təsdiq edilib. Həmin sənədə görə, iş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22:00-dan səhər saat 06:00-a qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir.

İş növbəsinin başlanma və bitmə saatlarından asılı olmayaraq, gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir. Çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq hesablanır.

Axşam növbəsinin hesablanmasının misal üzərindən izahı:

Misal 2: Müəssisənin əməkdaşı 5 günlük iş rejimində aylıq 160 saat çalışıb. İşə başlama və işi bitirmə saatları 12:00-dan 20:00-dək (1 saat nahar fasiləsi) müəyyən olunub. İşçinin aylıq əməkhaqqı 1000 manatdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun işə cəlb edilən əməkdaş tam ayı işləyib. Bu halda onun alacağı aylıq əməkhaqqının məbləğini hesablayaq:

(1000 : 160) x 160 = 1000 manat (aylıq əməkhaqqıya görə hesablama);

1000 x 20% = 200 manat (axşam növbəsinə görə hesablama);

1000 + 200 = 1200 manat (cəmi hesablanmış əməkhaqqı).

Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həcmində əlavə haqq müəyyən edilir.

Gecə vaxtının praktiki izahı:

Misal 3: Müəssisənin əməkdaşının işə başlama və işi bitirmə saatları 15:00-dan 23:00-a kimi (1 saat nahar fasiləsi) müəyyən edilib. 5 günlük iş rejimində aylıq iş norması 160 saat olub. Aylıq əməkhaqqı isə 1000 manatdır. Onun 1 iş günü üçün ödəniləcək əməkhaqqının məbləğini hesablayaq:

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.

1000 : 160 = 6.25 manat (1 saat üçün əməkhaqqı);

6.25 x 8 = 50 manat (bir iş günü üçün əməkhaqqı)

6.25 x 1 x 20% = 1.25 manat (gecə vaxtına düşən əməkhaqqı)

50 + 1.25 = 51.25 manat (hesablanmış bir iş günü üçün əməkhaqqı).

Diqqət edilməli məqam odur ki, “Gecə vaxtı”, “Gecə növbəsi” və “Axşam növbəsi”nin hesablama qaydası fərqlidir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq
  • Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    11-iyl-2025 | Bloq
  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]