logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması hansı tarixə təsadüf etməlidir?

  • Bloq
  • 05-fev-2024, 17:20
  • 114
Məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması hansı tarixə təsadüf etməlidir?

Məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması hansı tarixə təsadüf etməlidir?


Vergi Məcəlləsinin 102.1.30-cü maddəsininin tələblərinə əsasən, 75 faizlik güzəştin tətbiq olunması üçün ikinci şərt vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmamasıdır.
Maraqlıdır, nəyə görə vergi orqanı orta aylıq muzdlu işçi sayı 3 nəfər şərti ilə yanaşı, məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmamasını da əsas tələb kimi müəyyənləşdirib? Çünki özəl sahibkarlıq subyektləri 1 yanvar 2019-cu ildən 7 il müddətinə 8 000 manata kimi gəlir vergisi ödəməkdən azaddır. Əmək haqqı fondundan hesablanan icbari tibbi sığorta və işsizlikdən sığorta məbləğləri isə məcburi dövlət sosial sığorta ayırmalarına nisbətən kiçik xüsusiyə çəkiyə malikdir. Misal üçün, işçiyə minimum əmək haqqı məbləğində (345 manat) maaş müəyyən etdikdə, icbari ödənişlər aşağıdakı kimi olacaq:
məcburi dövlət sosial ayırması – 86,25 manat;
icbari tibbi sığorta məbləği – 13.80 manat;
işsizlikdən sığorta – 3,45 manat.

Fərz edək ki, vergi ödəyicisi hər 3 işçi üzrə 345 manat məbləğində əmək haqqı müəyyənləşdirib. Bu halda fərdi sahibkarın həmin işçilərə görə ödədiyi sosial sığorta ayırması 3 105 manat (345 manat x 25 faiz x 12 ay) təşkil edəcək. Həmin məbləğin üzərinə işçinin özünün də ödəyəcəyi məcburi dövlət sosial ayırmasını əlavə etsək, mikrosahikar üçün kifayət qədər yüksək məbləğ formalaşır. Təbii ki, sosial sığorta ayırması üzrə məbləğin yüksək olması vergi ödəyicisinin borclu qalması riskini artırır. Bu səbəbdən də vergi orqanı tələb edir ki, həm fərdi sahibkar həm özü, həm də işçisi üzrə yaranan məcburi dövlət sosial sığorta haqları borclarını tam məbləğdə ödəsin.

İkinci məqam.Həmin borcların məbləği məsələsidir. Qanunvericilikdə yaranan borc məbləğinin hər hansı yuxarı limiti müəyyən edilməyib, o görə də vergi ödəyicisinin məbləğindən asılı olmayaraq borcunun mövcudluğu 75 faizlik güzəştdən istifadəni istisna edir.

Üçüncü məqam. Həmin borcların hansı tarixə qədər ödənilməsi məsələsidir. Misal üçün, vergi ödəyicisinin 31 dekabr 2024-cü il üzrə borcu olarsa, o zaman ona 75 faizlik güzəşt tətbiq olunmayacaq? Nəzərə alaq ki, “Sosial sığorta haqqında” qanuna əsasən, cari ay üçün məcburi dövlət sosial ayırmalarının son ödənilmə tarixi növbəti ayın 15-nə kimidir. Bu səbəbdən də vergi ödəyicisinin ilin sonuna hesablanmış, amma ödənilməmiş borcunun qalması əksər hallarda mümkündür. Fikrimizcə, vergi orqanı fərdi sahibkarın gəlir vergisi bəyannaməsi təqdim etdiyi tarixə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmamasını tələb edəcək. Əgər 3 orta aylıq muzdlu işçisi və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan vergi ödəyicisi gəlir vergisi üzrə 75 faizlik güzəşt tətbiq etməklə bəyannamə təqdim edərsə, vergi orqanı ona kameral uyğunsuzluq haqqında bildiriş göndərəcək. Vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam ödənildikdən sorna 75 faizlik güzəştin tətbiqinə icazə verilə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech