logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əvəzçilik üzrə əmək müqaviləsinin tələbləri necə tənzimlənir? (4 VACİB MƏQAM)

  • Bloq
  • 05-mar-2024, 10:22
  • 157
Əvəzçilik üzrə əmək müqaviləsinin tələbləri necə tənzimlənir? (4 VACİB MƏQAM)

Əvəzçilik üzrə əmək müqaviləsinin tələbləri necə tənzimlənir? (4 VACİB MƏQAM)


Son dövrlər ən çox müzakirəyə səbəb olan məsələlərdən bir də Əmək Məcəlləsinin 58-ci, “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi” maddəsidir. Hazırda bir işçinin bir neçə işəgötürənlə əmək müqaviləsi imzalamasına təcrübədə tez-tez rast gəlinir.
Məcəllənin 58-ci maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Maddədə diqqət yetiriləsi dörd vacib məqamı nəzərdən keçirək.

Birinci məqam. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi başqa işəgötürənlərlə əvəzçilik qaydasında əmək müqaviləsi bağlaya bilər.
Mİsal. İşəgötürən işçi ilə əmək müqaviləsi imzaladığı zaman əmək müqaviləsinə belə bir şərt daxil edir ki, işçi iş vaxtı ərzində əvəzçilik üzrə çalışa bilməz.

İkinci məqam. İşçinin əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra çalışması halında işəgötürəndən icazə almasına ehtiyac yoxdur.
Mİsal. İşçi işəgötürənlə bağlanan əmək müqaviləsinə əsasən, mühasib vəzifəsində çalışır. Həmçinin, əlavə iş yeri olaraq başqa işəgötürəndə də mühasib kimi fəaliyyət göstərir. İşçinin əsas iş yerində iş vaxtı 09:00-dan 18:00-a kimidir. Digər işəgötürəndə isə iş vaxtı 18:00-dan 20:00-ə kimidir. Bu halda işçinin əsas iş yerindən razılıq alması tələb olunmur.

Üçüncü məqam. İşçi əsas iş yerində də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq işləyə bilər.

Mİsal 1. İşçi əsas iş yerində kassir vəzifəsində işləyir, eyni zamanda, əvəzçilik müqaviləsi ilə iş vaxtından sonra 4 saat mühafizəçi vəzifəsində çalışır. Əmək qanunvericiliyi işçinin əsas iş yerində əvəzçilik müqaviləsi üzrə çalışmasına məhdudiyyət qoymur.

Mİsal 2.
İşçi baş mühasib olaraq çalışdığı iş yerində əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq işdən sonra eyni əmək funksiyasını həyata keçərərsə, bu, artıq Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə ziddir. Amma mümkündür ki, baş mühasib vəzifəsində çalışan işçi işdən sonra marketinq meneceri vəzifəsini həyata keçirsin, bu halda işçi ilə əvəzçilik üzrə əmək müqaviləsi bağlana bilər.

Dördüncü məqam. İşçi əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq bir neçə iş yerində çalışa bilər. Qeyd edək ki, Əmək Məcəlləsi təsdiq olunan dövrlərdə işçinin yalnız bir əlavə iş yeri olmasına icazə verilirdi. 24 fevral 2009-cu il tarixli, 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə iş yerlərinin sayı ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech