logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

PMS Sertifikatı imtahanlarında işçiyə hədiyyə verilməsinin onun gəlir vergisinə təsiri ilə bağlı məqam

  • Bloq
  • 07-mar-2024, 09:34
  • 168
PMS Sertifikatı imtahanlarında işçiyə hədiyyə verilməsinin onun gəlir vergisinə təsiri ilə bağlı məqam

PMS Sertifikatı imtahanlarında işçiyə hədiyyə verilməsinin onun gəlir vergisinə təsiri ilə bağlı məqam


Yeddinci hal işəgötürənin işçiyə əmək haqqıdan əlavə ödənişlər həyata keçirməsidir. Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd edilir ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir dedikdə, əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir başa düşülür.

Misal. İşəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verməsi işçinin gəliri hesab edilir.
Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə uyğun olaraq hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2500 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Bir məsələni vurğulayaq ki, 1 yanvar 2024-cü il tarixə kimi hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1 000 manat hissəsi gəlir vergisindən azad edilirdi. 1 yanvar 2024-cü il tarixdən həmin məbləğ 2 500 manata çatdırılıb.
İşçilərə verilən maddi yardımın gəlir vergisindən azad edilməsi ilə bağlı bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, birdəfəlik müavinət işçinin aylıq gəlirlərinin tərkibinə daxil edilir.

Mİsal. İşçinin aylıq əmək haqqı 1 800 manatdır, işəgötürənin qərarına əsasən, işçiyə 1200 manat məbləğində birdəfəlik müavinət ödənilib. Bu halda işçiyə gəlir vergisi hesablandıqda, Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində nəzərdə tutulan 200 manatlıq güzəşt tətbiq edilməyəcək. Çünki işçinin aylıq gəliri 3 000 manat (1 800 manat (əmək haqqı) + 1 200 manat (birdəfəlik müavinət)) təşkil edir. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat güzəşt isə muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda tətbiq edilir. Bu zaman işçi üzrə hesablanan gəlir vergisi 252 manat (3 000 manat (aylıq gəlir) - 1 200 manat (birdəfəlik müavinət)) x 14 faiz (gəlir vergisinin dərəcəsi)) təşkil edəcək.

Sonda bir məsələni bildirək ki, Vergi Məcəlləsinin 102.1.3-cü maddəsindəki iki ödəniş təsdiqedici sənədlər əsasında gəlir vergisindən azad edilir. Maddənin tələblərinə əsasən, təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech