logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları

  • Bloq
  • 10-mar-2026, 11:22
  • 9
Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları

Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları


Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Bəs bu halda əldə olunan vəsaitlər hansı qaydada vergiyə cəlb olunur? Suala ekspert Mahmud Abasquliyev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 142.1-ci və 142.2-ci maddələrinə nəzər saldıqda görərik ki, 142.1-ci maddədə aktivlərin təqdim olunmasından əldə edilən gəlir aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Vergi Məcəlləsinin 142.2-ci maddəsində isə aktivlərin təqdim olunmasından yaranan zərərin aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin 143-cü maddəyə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərq olduğu göstərilir. Məcəllənin 114.7-ci maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir.

Əsas vəsaitləri şərti olaraq dəzgah adlandıraq:

Misal 1: “AA” MMC-nin balansında olan tornaçı dəzgahı haqqında məlumat aşağıdakı kimidir:

İlkin dəyər – 17.000 manat;
Yığılmış amortizasiya – 6.000 manat;
Qalıq dəyəri – 11.000 manat.

Şirkət tornaçı dəzgahını 13.000 manata satır. Bu zaman şirkətin vergiyə cəlb olunan gəliri 2.000 manat (13.000 - 11.000) olacaq.

Vergi Məcəlləsinin 114.9-cu maddəsinə nəzər yetirsək görərik ki, əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.

Misal 2: “AA” MMC-nin balansında olan tornaçı dəzgahı haqqında məlumat aşağıdakı kimidir:

İlkin dəyər – 17.000 manat;
Yığılmış amortizasiya – 6.000 manat;
Qalıq dəyəri – 11.000 manat.

Şirkət tornaçı dəzgahını 9.000 manata satır, vergi ödəyicisi satışda 2.000 manat zərər edir. Ancaq onun öz vəsaiti hesabına aldığı dəzgahın balansında qalan dəyərini sıfırlamaq üçün qalıq dəyəri gəlirdən xərc kimi çıxılır. Təbii ki, əsas vəsaitin dəyərindən aşağı satılmasının bir neçə səbəbi ola bilər. Əsas odur ki, vergi ödəyicisi onun bazar dəyərindən aşağı satmaq məcburiyyətində qalmasına dair əsaslı dəlil gətirsin.

Bəs hansı halda dəzgahın satışı gəlir və ya zərər kimi qəbul edilmir. Bunun üçün Vergi Məcəlləsinin 144.1.3-cü maddəsinə nəzər yetirmək lazımdır. Maddədə aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə dəzgahın satışı gəlir və ya zərər kimi qəbul edilmir.

Misal 3: “AA” MMC-nin balansında olan tokar dəzgahı haqqında məlumat aşağıdakı kimidir:

İlkin dəyər – 17.000 manat;
Yığılmış amortizasiya – 6.000 manat;
Qalıq dəyəri – 11.000 manat.

Şirkət dəzgahı 13.000 manata satır və əldə olunan məbləği eyni növdə olan digər dəzgahın üzərinə investisiya edir. Şirkət bu zaman 11.000 manatı gəlirdən xərc kimi çıxacaq. Lakin şirkətin fərqdən əldə etiyi 2.000 manat məbləği (13.000-11.000) isə qərəzsiz şəkildə eyni növdə olan digər dəzgahın üzərinə investisiya kimi qoyduğu zaman həmin məbləğ vergiyə cəlb olunan gəlir kimi tanınmadan dəzgahın dəyərini artıracaq.

Əlavə olaraq onu da qeyd edək ki, Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən, təmir norması nəzərə alınmadan 2.000 manat birbaşa olaraq eyni növdə olan dəzgahın üzərinə əlavə edilərək onun qalıq dəyərini artırır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech