logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?

  • Bloq
  • 13-mar-2026, 10:13
  • 80
Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?

Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?


Əmək Məcəlləsində edilmiş son dəyişikliklər əsasən 3 istiqamət üzrə olub:

- Əmək Məcəlləsinin mahiyyəti üzrə təkmilləşdirilməsi, yeni anlayışların qanunvericiliyə gətirilməsi;

- Əmək müqaviləsinə xitam verilməsi halları üzrə yeniliklər;

- Sosial təminat və məzuniyyət hüquqları ilə bağlı dəyişikliklər.

Əmək Məcəlləsinin təkmilləşdirilməsi və boşluqların aradan qaldırılması məqsədilə edilmiş dəyişikliklərdən biri də həmin Məcəllənin 114-cü maddəsinin 6-cı hissəsi ilə bağlıdır. Bu müddəa əsas məzuniyyət və onun müddətlərindən bəhs edir. Mövzunu ekspert Ramin Hacıyev şərh edir.

Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Eyni zamanda, 114-cü maddənin 3-cü hissəsində əsas məzuniyyət 30 təqvim günü verilən işçilərin siyahısı qeyd edilib. Həmçinin, həmin maddənin 6-cı hissəsində qeyd edilirdi ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab edilməyən bayram günləri, Ümumxalq Hüzn Günü və səsvermə günü məzuniyyət günü hesab edilmir və ödənilmir.

Dəyişiklikdən əvvəl məzuniyyət dövrünə təsadüf edən iş günü hesab edilməyən bayram günləri, Ümumxalq Hüzn Gününə görə məzuniyyət günlərinin uzadılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Həmkarlar İttifaqları Konfederasiyasının birgə hazırladığı izahata əsasən, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü əmək məzuniyyəti dövrünə təsadüf etdikdə (istirahət günlərinə düşüb-düşməməsindən asılı olmayaraq), məzuniyyətin müddəti həmin günlərin sayı qədər haqqı ödənilmədən uzadılır. Göründüyü kimi, qeyd olunan izahatda əmək məzuniyyətinin səsvermə gününə təsadüf etdiyi halda, məzuniyyətin müddətinin uzadılması ilə bağlı qeyd yoxdur. Məlumat üçün bildirək ki, həmin izahat “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyasının tələblərinə uyğun olaraq və Əmək Məcəlləsinin 104-cü maddəsinin 5-ci hissəsi nəzərə alınaraq hazırlanıb. İzahatda səsvermə gününə təsadüf edən əmək məzuniyyətinin uzadılması ilə bağlı tələb də yoxdur. İzahat normativ hüquqi akt hesab olunmur və Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasına daxil edilməyib.

Məzuniyyət dövrünə təsadüf edən bayram günlərinin uzadılmasının Əmək Məcəlləsində tənzimlənmə mexanizminin olmaması bu sahədə çalışan əməkdaşların işində çətinlik yaradırdı. Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-hissəsinə edilmiş dəyişikliyin boşluqların aradan qaldırılmasına və bu sahədə çalışan insan resurslarının işinin daha effektiv və qanunauyğun icrasına kömək olduğunu qeyd etmək olar.

Əmək Məcəlləsinin 114.6-cı maddəsi yeni redaksiyada aşağıdakı kimi verilib:

114.6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, Ümumxalq Hüzn Günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.

Qeyd edilən dəyişiklikləri nümunələr üzərində izah edək:

Misal 1: İşçi 20.02.2026-cı il tarixdən 13.03.2026-cı il tarixədək 22 təqvim günü müddətinə əmək məzuniyyətindən istifadə edir. İşçinin əmək məzuniyyəti dövrünə 1 bayram günü (8 Mart - Beynəlxalq Qadınlar Günü) təsadüf edir. Məzuniyyət dövrünə 1 bayram günü təsadüf etdiyi üçün işçinin məzuniyyət günləri həmin günün sayı qədər, yəni 1 gün uzadılır.

Bir məqamı da qeyd edək. Baxmayaraq ki, məzuniyyətin bitmə tarixi həftənin cümə gününə təsadüf edir, bayrama təsadüf edən 1 gün, istirahət gününə düşüb-düşməməsindən asılı olmayaraq, uzadılır. Belə olan halda, işçi 16.03.2026-cı il tarixdə işə başlamalıdır.

Misal 2: İşçi 01.03.2026-cı il tarixdən 30.03.2026-cı il tarixədək 30 təqvim günü müddətinə əmək məzuniyyətindən istifadə edir. İşçinin əmək məzuniyyəti dövrünə 8 bayram günü (8 Mart - Beynəlxalq Qadınlar Günü və 20, 21, 22, 23, 24 mart Novruz bayramı, həmçinin 20, 21 mart-Ramazan bayramı) təsadüf edir. Bu misal üzrə digər bir məqam ondan ibarətdir ki, 2026-cı ilin Novruz və Ramazan bayramları üst-üstə düşür. Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsinin tələbinə görə, iş günü hesab edilməyən başqa bayram günü ilə Qurban və Ramazan bayramları üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə, üst-üstə düşən günlər 1 gün hesabı ilə nəzərə alınır. İşçinin əmək məzuniyyəti dövrünə ümumilikdə 8 bayram günü təsadüf etməsinə baxmayaraq, məzuniyyət günlərinin sayı 6 gün uzadılacaq. Beləliklə, işçi 06.04.2026-cı il tarixdə işə başlamalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq
  • Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    29-apr-2026 | Bloq
  • Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    28-apr-2026 | Bloq
  • Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    28-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech