logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

  • Bloq
  • 11-mar-2024, 11:41
  • 175
Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar

Məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı vacib məqamlar


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı əmək və məşğulluq altsistemində (ƏMAS) işəgötürənlər üçün yeniliklər davam edir. Son dövrlərdə tətbiq edilən yeniliyə əsasən, ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanması üçün xüsusi bölmə işəgötürənlərin ixtiyarına verilib. Lakin bəzən ondan istifadə edən işəgötürənlərin sistemdəki funksionallıqla bağlı çətinlikləri yaranır.

İqtisadçı ekspert Anar Bayramov açıqlamasında elektron əmək məzuniyyəti ilə bağlı 3 vacib məqamı vurğulayıb:

“Birinci məqam odur ki, “Məzuniyyət əmrləri” bölməsində işçinin bütün növ məzuniyyətlərinin rəsmiləşdirilməsi mümkündür. İnsan resursları sahəsində çalışan mütəxəssislər əmək, təhsil, yaradıcılıq, sosial (hamiləliyə və doğuşa görə), qismən ödənişli sosial və ödənişsiz məzuniyyətlər üzrə əmr formasını ƏMAS-da hazırlamaq imkanına malik olacaq. Məzuniyyət əmrlərinin hazırlanması zamanı Əmək Məcəlləsinin 138-ci maddəsinin tələbləri gözlənilib. Həmin maddədə olduğu kimi, elektron məzuniyyət əmrində işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilir. Bundan əlavə, əmək məzuniyyətinə əsas verən sənəd (işçinin ərizəsi, təhsil və ya tibb müəssisəsinin müvafiq sənədi və s.) haqqında məlumatların məzuniyyət əmrində qeyd edilməsi də həyata keçirilir”.

A.Bayramov bildirib ki, ikinci məqam altsistemdə beşgünlük iş rejimində məzuniyyət əmrinin tərtibi zamanı məzuniyyətin başlanma tarixinin qeyd olunması halında məzuniyyətin bitmə və işçinin işə başlama tarixinin avtomatik qeyd edilməsidir. İşəgötürən ƏMAS-da məzuniyyət günlərinin sayı və başlanma tarixini qeyd etdikdə, proqram təminatı 2024-cü ilin istehsalat təqviminə uyğun olaraq məzuniyyətin bitmə və işçinin işə başlama tarixini avtomatik olaraq müəyyənləşdirir. Sistemdə altıgünlük və digər iş rejimlərini tətbiq edən işəgötürənlər üçün məzuniyyətin bitmə və işçinin işə başlama tarixinin əl ilə (manual olaraq) daxil edilməsinə imkan da yaradılıb: “Burada üçüncü vacib məqam ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanmasının işəgötürənlər üçün mütləq tələb kimi nəzərdə tutulmamasıdır. Dövlət qurumu tərəfindən məzuniyyət əmrlərinin tərtib edilməsi prosesi işəgötürənlərə dəstək məqsədilə hazırlanıb. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddədən göründüyü kimi, məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni işəgötürən məzuniyyət əmrlərini kağız və (və ya) ƏMAS üzərindən elektron formada hazırlamaqda sərbəstdir”.

A.Bayramov işəgötürənlərə məzuniyyət əmrlərini ƏMAS-da hazırlamağı tövsiyə edib. Onun sözlərinə görə, yaxın gələcəkdə kadr kargüzarlığı ilə bağlı əməliyyatların elektronlaşdırılması prosesinə tam keçidin yekunlaşdırılması və həmin prosesin məcburiliyinin qanunvericiliklə tənzimlənməsi gözlənilir.

Bəzi hallarda işəgötürənlər və ya onların insan resursları bölməsini idarə edən şəxslər məzuniyyət əmrlərini elektron sistemə daxil edərkən yanlışlıqlara yol verirlər. ƏMAS-ın mövcud funksiyaları isə onu dərhal düzəltməyə imkan vermir. Yanlışlıq düzəlmədikcə digər əmrlərin elektron sistemə daxil edilməsi də ləngiyir. Bəs bu halda işəgötürənlər necə davranmalıdır?

Sualımıza Dövlət Əmək Müfəttişliyinin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir muavini, ƏMAS-a nəzarət sektorunun müdiri Aynurə Tağıyeva aydınlıq gətirib. Onun sözlərinə görə, məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericiliyin tələbi deyil. Bu, sadəcə, ƏMAS-ın funksionallığının artırılmasıdır: “Sistemdə yaranan hər hansı texniki yanlışlıqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanmalıdır. Onun əsasında həmin xətanın silinib-silinməməsi ilə bağlı məsələyə toplanmış sənədlər əsasında 15 gün müddətində baxılır. Əlavə araşdırma tələb olunarsa, müddət daha 15 gün uzadıla bilər. Hazırkı şəraitdə elektron sistemdə məzuniyyət əmrinin yerləşdirilməsində ortaya çıxan yanlışlıq digər əmrlərin verilməsində məhdudiyyət yaratmır. İşəgötürən digər işçilərin hüquqlarını məhdudlaşdırmadan kağız üzərində növbəti əmrləri hazırlayıb imzalaya bilər. Qanunvericilik də bunu tələb edir”.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq
  • Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    11-iyl-2025 | Bloq
  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]