logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əsas və əlavə iş yeri çalışan işçi üzrə xəstəlik vərəqəsinin əsli hansı iş yerində saxlanılmalıdır?

  • Bloq
  • 27-mar-2024, 09:18
  • 165
YENİ DƏYİŞİKLİK: Əsas və əlavə iş yeri çalışan işçi üzrə xəstəlik vərəqəsinin əsli hansı iş yerində saxlanılmalıdır?

Əsas və əlavə iş yeri çalışan işçi üzrə xəstəlik vərəqəsinin əsli hansı iş yerində saxlanılmalıdır?


Baş Nazirin qərarı ilə müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə ciddi dəyişikliklər həyata keçirilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarına ciddi dəyişikliklər edilib.

Vergi ekspertləri həmin dəyişikliklərin izahları silsilə yazılarla həmkarlarımıza təqdim edir. Qeyd edək ki, mart ayının sonlarında dərc olunacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabında da əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ayrıca bölmə hazırlanaraq həmkarlarımızın ixtiyarına veriləcək.

Üçüncü yazımızda xəstəlik kağızının hansı iş yerinə təqdim edilməsinə aydınlıq gətirəciyik. Həmkarlarıımızı maraqlandıran məsələlərdən biri də, əsas və əlavə iş yeri üzrə işləyən işçilər üzrə xəstəlik vərəqəsinin əslinin hansı iş yerinə təqdim olunmasıdır. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə Əsasnamənin 101-ci maddəsində dəyişiklik edilib. Dəyişikliyə qədər, Əsasnamənin 101-ci maddəsinə qeyd edilirdi ki, işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim etməli idi. Yeni dəyişiklik nəticəsində işçinin əsas və əlavə iş yerləri olduğu hallar tənzimlənir. Əsasnamənin 101-ci maddəsinin yeni redaksiyada təsdiqinə əsasən, işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini əsas iş yeri üzrə müəssisənin müdiriyyətinə, əlavə iş yeri (yerləri) olduğu halda isə əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə təqdim edir.

Misal. Həm əsas həm də əlavə iş yerində çalışan işçi 19 aprel 2024-cü il tarixdə əmək qabiliyyətini müvəqqəti itirir. İşçi 06 may 2024-cü il tarixdə işə çıxdıqda, xəstəlik vərəqəsinin ilk növbədə əsas iş yerinə təqdim edir. İşçi əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə təqdim etməlidir. Əsasnamədə əsas iş yeri üzrə xəstəlik vərəqəsinin təsdiqinin hansı formada aparılması qeyd olunması da, fikrimizcə vergi ödəyicisinin möhürü (hüquqi şəxs olduqda) və rəhbər şəxslərin imzalanması təsdiq edilməsi məqdəsəuyğundur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech