logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ezamiyyə müddəti ilə bağlı hansı tələb mövcuddur?

  • Bloq
  • 02-may-2024, 10:08
  • 148
Ezamiyyə müddəti ilə bağlı hansı tələb mövcuddur? (Misallarla izah)

Ezamiyyə müddəti ilə bağlı hansı tələb mövcuddur?


Ezamiyyənin maksimum müddəti ilə bağlı tələblər mövcuddur. Qaydalara əsasən, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).

Amma qaydalarda 40 gün müddətlə bağlı istisnalar da mövcuddur. Birinci istisna odur ki, təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə təftiş və yoxlama qurtarana qədər artırılır.

Misal. İşçi audit yoxlaması üçün Gəncə şəhərinə ezamiyyətə göndərilib. Ezamiyyə müddətinin 30 gün olması nəzərdə tutulsa da, yoxlama həyata keçirilən qurumda pozuntuların çox olması səbəbindən yoxlamanın yekunlaşması mümkün olmur. Yoxlamanı həyata keçirən işçilərin təqdim etdiyi xidməti yazıya uyğun olaraq, işəgötürən qərar verə bilər ki, ezamiyyət müddəti daha 15 gün də artırılsın.

İkinci istisna isə quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi ilə bağlıdır. Qaydalara əsasən, quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir.

Misal. İşəgötürən Şuşa şəhərində tikinti işləri həyata keçirir. Tikinti işləri üzrə smetaya əsasən, işlərin 2 ayadək yekunlaşdırılması nəzərdə tutulub. Bu zaman işəgötürən 40 gündən çox olan 2 ay müddətində işçilərin Şuşa şəhərinə ezam olunması haqqında qərar verə bilər.
Digər tələb isə respublika daxili ezamiyyə zamanı işçilərin tabeçik qaydasında yuxarı təşkilatlara ezam olunması ilə bağlıdır. Qaydaların “II. Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinin birinci hissəsinə əsasən, işçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır. Ezamiyyət müddətinin işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech