logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Xəstəlik müddəti 6 aydan çox olan işçini işdən azad etmək olar?

  • Bloq
  • 07-may-2024, 09:36
  • 174
Xəstəlik müddəti 6 aydan çox olan işçini işdən azad etmək olar?

Xəstəlik müddəti 6 aydan çox olan işçini işdən azad etmək olar?


Təcrübədə rast gəlinən hallardan biri də işçinin müvəqqəti əmək qabiliyyətini itirməsi müddətinin davamlı şəkildə 6 aydan çox olmasıdır. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməlidir? Bəzi həmkarlarımız hesab edirlər ki, maddədəki “Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz” cümləsinə istinadən müddət 6 aydan çox olduqda əmək müqaviləsinə xitam verilə bilər. Amma bu, doğru yanaşma deyil. Mümkündür ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirilməsi müddəti 6 aydan çox olsun, amma Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə işçiyə orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməsin. Bu halda işəgötürən həmin işçinin işə qayıtmasını gözləməlidir, yəni əmək müqaviləsinə xitam verməməlidir.

Mİsal. İşçi avtoqəza keçirdiyi üçün davamlı olaraq 7 ay ərzində əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında xəstəlik kağızını işəgötürənə təqdim edir. İşçi orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müayinə nəticəsində ona imtina verilib. Bu halda işçinin əmək qabiliyyətinin itirilməsi müddəti 6 aydan çox olsa da, onun sağlamlıq durumu əlillik müəyyən edilməsinə əsas vermir.
6 aydan çox müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında müavinətin hesablanması ilə bağlı həmkarlarımız tərəfindən xeyli suallar daxil olub.

Mİsal.
İşçi 10 fevral tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında sənəd təqdim edib. Müəyyən müddətdən sonra işçinin xəstəliyinin ciddi olduğu müəyyən edilib və cərrahi əməliyyata ehtiyac yaranıb. İşçinin təqdim etdiyi xəstəlik vərəqəsinə görə müddət 6 ayı keçərsə, bu zaman işəgötürən 6 aydan sonra müavinətin hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna haqq-hesab göndərməlidir, yoxsa əmək müqaviləsinə xitam verməlidir?

Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyası işçinin əlilliyinin müəyyən edilməsi üçün prosesi həyata keçirmәlidir. Təcrübədə həmin müddət uzanarsa, o zaman işçiyə əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsi təqdim olunur ki, işəgötürən işçiyə müavinətin hesablanmasını həyata keçirsin. O da mümkündür ki, tibb müəsssisəsi işçinin xəstəlik tarixçəsi haqqında məlumatları elektron qaydada Tibbi-Sosial Ekspert Komissiyasına göndərsin ki, əlilliyin müəyyən edilməsi ilə bağlı qərar verilsin. Komissiya adətən 10 gün ərzində müraciətə baxıb əlilliklə bağlı qərar verməlidir, amma təcrübədə müddətin uzanması hallarına rast gəlinir. Əlilliyin müəyyən olunması dövrü üçün işçiyə xəstəlik vərəqəsi təqdim olunmalıdır. Həmin xəstəlik vərəqəsi tibb müəssisəsi və ya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən tərtib olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech