logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək müqaviləsinə niyə işəgötürənin faktiki fəaliyyət ünvanı daxil edilir?

  • Bloq
  • 06-iyn-2024, 09:34
  • 30
Əmək müqaviləsinə niyə işəgötürənin faktiki fəaliyyət ünvanı daxil edilir?

Əmək müqaviləsinə niyə işəgötürənin faktiki fəaliyyət ünvanı daxil edilir?


ƏMAS altsistemi istifadəyə verildikdə, əmək müqaviləsinə faktiki iş ünvanı ilə məlumatın daxil edilməsi nəzərdə tutulmuşdu. 9 dekabr 2022-ci il tarixli, 684-VIQD saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci hissəsinin “b)” yarımbəndinə ikinci halda “hüquqi” sözündən sonra “və faktiki fəaliyyət göstərdiyi” sözləri, ikinci halda “ünvanı” sözündən sonra “, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı,” sözləri əlavə edildi.
Əmək Məcəlləsində edilən dəyişikliyin məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri ilə bağlıdır.

Mümkündür ki, işçi işğaldan azad olunan ərazidə fəaliyyət göstərən işəgötürəndə çalışsın, amma vəzifəsinə uyğun olaraq faktiki iş yeri həmin ərazidə olmasın. Bu halda o, əmək qanunvericiliyi ilə müəyyən edilən güzəştlərdən mərhum olur. O səbəbdən həm Əmək Məcəlləsinin 43-cü maddəsində, həm də Əmək Məcəlləsinin 1-ci əlavəsində – “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nda faktiki iş ünvanı haqqında məlumatın daxil edilməsi mütləq tələb kimi müəyyən edilib.

Bəzi hallarda həmkarlarımızdan suallar daxil olur ki, işəgötürən işçini işə qəbul etdikdə faktiki iş ünvanı, məsələn, Xətai rayonu olsa da, sonradan işəgötürənin ünvanı dəyişdikdə əmək müqaviləsində müvafiq dəyişikliyin aparılmasına ehtiyac var? Əksər işəgötürənlər icarəyə götürdükləri ünvanlarda fəaliyyət göstərdikləri üçün faktiki iş ünvanı üzrə dəyişikliklər tez-tez baş verir. Fikrimizcə, Əmək Məcəlləsinin 43-cü maddəsinin tələbləri sırf Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən işəgötürənlər üçün nəzərdə tutulub.

Misal. Əsasən konsaltinq xidməti göstərən təşkilatlarda rast gəlinir ki, işə qəbul olunan işçi öz ofisində yox, işəgötürənin tərəfdaşlıq etdiyi müəssisədə (başqa ünvanda) çalışır. Tərəfdaş təşkilat dəyişdikcə işçinin iş ünvanı da dəyişir. Eyni halı mağazalarda satıcı işləyən şəxslərə də şamil etmək olar. Prosesin bu cür olması işçinin əmək şəraitinin dəyişməsi anlamına gəlir, yoxsa işəgötürənin işçinin iş yerini dəyişmək hüququ var?
Bu halda işəgötürənlə işçinin arasında bağlanılmış əmək müqaviləsinə baxmaq lazımdır. Əgər işəgötürən əmək müqaviləsində qeyd edibsə ki, işçinin iş yeri təşkilatın xidmət göstərdiyi iş yerləridir, bu zaman işçinin xidmət üçün başqa ərazilərə göndərilməsi problem yaratmır. Ancaq iş yeri baş ofis kimi qeyd olunan işçi filiala və ya xidmət göstərilən iş yerinə göndərilirsə, bu, əmək şəraitinin dəyişməsi hesab oluna bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq
  • ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    13-mar-2026 | Bloq
  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq
  • Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    12-mar-2026 | Bloq
  • Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    12-mar-2026 | Bloq
  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech