logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

PMS Sertifikatı imtahanında gəlir vergisi ilə bağlı 10 ballıq tapşırığın izahı

  • Bloq
  • 11-iyn-2024, 09:58
  • 25
PMS Sertifikatı imtahanında gəlir vergisi ilə bağlı 10 ballıq tapşırığın izahı

PMS Sertifikatı imtahanında gəlir vergisi ilə bağlı 10 ballıq tapşırığın izahı


Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Qeyd edək ki, 1 yanvar 2024-cü il tarixə kimi Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi ilə müəyyən edilən şəhid statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri üzrə güzəşt (800 manat) Vergi Məcəlləsinin 102.7-ci maddəsində qeyd edilməmişdi. 1 yanvar 2024-ci il tarixdən Vergi Məcəlləsinin 102.5-ci maddəsi ilə tənzimlənən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri üzrə güzəşt (50 manat) nəzərə alınmır.
Misal. Dövlət qurumunda çalışan işçinin əmək haqqı 2 000 manat təşkil edib. Şəhid statusu olan şəxsin atası olan işçi həm daimi məskunlaşmamış məcburi köckündür, həm də qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər var.

Bu halda işçinin gəlir vergisini hesablayarkən üç güzəştdən ikisini tətbiq edəcəyik. Belə ki, işçi şəhid atası olduğu üçün Vergi Məcəlləsinin 102.1-1-ci maddəsində nəzərdə tutulan 800 manat güzəşt hüququ var. Daimi məskunlaşmamış məcburi köçkün olduğu üçün Vergi Məcəlləsinin 102.4-cü maddəsinə uyğun 100 manat güzəştə malikdir. Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olmasına görə isə 50 manat güzəşt hüququ var.

İşçinin gəlir vergisi üzrə güzəşt hesablandıqda, Vergi Məcəlləsinin 102.7-ci maddəsinin tələblərinə əsasən, Məcəllənin 102.1-1-ci və 102.4-cü maddədələrində qeyd edilən güzəştin ən böyüyü nəzərə alınmalıdır. Misalımıza uyğun olaraq nəzərə alınan güzəşt məbləği şəhid statusu alan şəxsin atası olduğu üçün 800 manatdır, məcburi köckün olmasına görə nəzərdə tutulan 100 manat güzəşt isə hesablamalarda nəzərə alınmayacaq. Çünki işçinin malik olduğu sosial kateqoriya üzrə Vergi Məcəlləsinin 102.4-cü maddəsindəki 100 manat güzəşt məbləği Vergi Məcələsinin 102.1-1-ci maddəsində nəzərdə tutulan 800 manat güzəştdən azdır. Vergi Məcəlləsinin 102.5-ci maddəsindəki güzəşt isə Vergi Məcəlləsinin 102.7-ci maddəsində qeyd edilmədiyi üçün o, hesablamlarda nəzərə alınacaq.

İşçinin gəlir vergisi = (2 000 manat – 800 manat (Şəhid atası olması ilə bağlı Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi üzrə güzəşt) – 50 manat (Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olmasına görə 50 manat) – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi üzrə güzəşt)) x 14 faiz = 133 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech