logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

PMS Sertifikatında 10 ballıq tapşırıqlarda fiziki şəxslərin gəlir vergisinin hesablanması

  • Bloq
  • 20-iyn-2024, 10:47
  • 40
PMS Sertifikatında 10 ballıq tapşırıqlarda fiziki şəxslərin gəlir vergisinin hesablanması

PMS Sertifikatında 10 ballıq tapşırıqlarda fiziki şəxslərin gəlir vergisinin hesablanması


Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətlərindən gələn gəlirlərdən ibarətdir. Həmin fəaliyyət üzrə gəlir vergisinin hesablanması ilə bağlı bəzi məqamları diqqətinizə çatdırmaq istəyirik.

Birinci məqam dividend gəlirləri ilə bağlıdır. 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 yox, 5 faiz dərəcə ilə vergi tutulur.
Misal. Vergi ödəyicisi 2024-cü ilin aprel ayında qərar verir ki, 2023-cü ilin nəticələrinə görə təsisçilərə 30 000 manat dividend hesablasın. Bu zaman vergi ödəyicisi ödəmə mənbəyində 5 faiz vergi hesabladığı üçün təsisçilərə 27 000 manat yox, 28 500 manat (30 000 manat (hesablanan dividend) – 1 500 manat (dividend üzrə ödəmə mənbəyində vergi)) dividend ödəyəcək.
Maddə ilə bağlı vacib məqam vergi ödəyicisinin ötən illər üzrə dividendlər ödəyərkən verginin 10 faizlə yox, 5 faizlə hesablanmasıdır.
Misal. Vergi ödəyicisi 2024-cü ilin may ayında qərar verir ki, ötən 3 ildə formalaşan xalis mənfəət üzrə 40 000 manat məbləğində dividend ödəsin. Bu zaman 3 il üzrə formalaşan dividend üzrə ödəmə mənbəyində 5 faiz vergi hesablamaqla 38 000 manat (40 000 manat – 2 000 manat (40 000 manat x 5 faiz)) məbləğində dividend ödəyəcək.

İkinci məqam isə fiziki şəxslərin banklarda yerləşdirdiyi vəsaitlərlə bağlıdır. Vergi Məcəlləsinə əlavə edilən 102.1.22-3-cü maddəyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Misal. Vergi ödəyicisi 30 000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Misal üçün, vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 3 000 manat (30 000 manat x 10 faiz) təşkil edəcək. Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2 400 manat (200 manat x 12 ay) təşkil edəcək. Bu zaman bank vətəndaşa ödənən faizin 600 manatlıq (3 000 manat (hesablanmış) - 2 400 manat (güzəşt olunan) hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq.
Misal. Öncəki misalın davamı olaraq bildirək ki, vətəndaş iki fərqli bankda 30 000 manatla olmaqla cəmi 60 000 manat depoziti 1 illik müddətə yerləşdirib. Bu zaman hesablama hər bir bank üzrə birinci misala uyğun həyata keçiriləcək. Çünki həm 102.1.22-3-cü, həm 102.1.22-4-ci maddədə “fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan” ifadəsi mövcuddur.
Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilən digər 102.1.22-4-ci maddəyə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi – 3 il müddətinə vergidən azaddır. Vergi Məcəlləsinə əlavə edilən digər 102.1.22-4-cü maddədə isə birincidən fərqli olaraq müddəti tələbi mövcuddur – 18 ay. 18 aylıq müddət tələbi olarsa, o zaman aylıq faiz gəliri üzrə 200 manat tələbi olmur və tam məbləğ gəlir vergisindən azad edilir.
Misal. Vətəndaş banka 24 ay müddətinə 30 000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə,o zaman hesablanan tam faiz məbləğinə gəlir vergisi tətbiq edilməyəcək.
Misal. Misalımızın davamı olaraq bildirək ki, fiziki şəxs banka 24 ay müddətinə və illik 10 faiz olmaqla yerləşdirdiyi 30 000 manat vəsaiti 12 aydan sonra əldə etmək istəyir. Vəsaiti yerləşdirdikdə depozit müddətinin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan 18 aydan çox olmasına baxmayaraq, fiziki şəxs həmin vəsaiti 18 aydan tez əldə edib. Bu səbəbdən də artıq faiz gəliri üzrə güzəşt tam məbləğə yox, Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olaraq aylıq faiz gəlirinin 200 manatadək olan hissəsinə tətbiq olunacaq.
Mümkündür ki, vətəndaş 1 yanvar 2023-cü il tarixində 24 aylıq müddətə banka depozit yerləşdirib. 24 aydan sonra depozit üzrə ödənilən faiz gəlirlərinin hesablanması Vergi Məcəlləsinin 102.1.22-4-cü yox, 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]