logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

YENİ DƏYİŞİKLİK! İşçi xəstələndikdə müddətli əmək müqaviləsinə xitam halı necə tənzimlənəcək?

  • Bloq
  • 21-iyn-2024, 12:32
  • 53
YENİ DƏYİŞİKLİK! İşçi xəstələndikdə müddətli əmək müqaviləsinə xitam halı necə tənzimlənəcək? (7-cı yazı)

YENİ DƏYİŞİKLİK! İşçi xəstələndikdə müddətli əmək müqaviləsinə xitam halı necə tənzimlənəcək?


Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq.

Həmçinin 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək.

Dəyişiklik haqqında layihə forması

Öncəki yazılarımızda məlumat vermişdik ki, Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasının dəyişməsi təklif edilir. Təklif edilən dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi nəzərdə tutulur. Qeyd edək ki, cari qanunvericliyə əsasən isə, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin müqaviləyə xitam verilməsini tələbi mövcuddur.

Maraqlıdır ki, təklif olunan dəyişiklikdə işçinin müəyyən üzürlü səbəbdən işdə olmaması halında müddətli əmək müqaviləsi bitməsi halı necə tənzimlənir?

Əmək Məcəlləsinin 73-cü maddəsini ikinci hissəsinin aşağıdakı formada dəyişdirilməsi təklif edilir:

İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
Maddədən göründüyü kimi, işəgötürən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçini xəbərdar edərsə, o zaman artıq işçi işə çıxdığı gün onun əmək müqaviləsinə xitam tarixi olmasının mümkünlüyü təklif edilir.

Misal. İşəgötürən və işçi arasında bağlanan müddətli əmək müqaviləsinin bitmə tarixi 31 iyul tarixinə təsadüf edir. İşçi 24 iyul tarixində 14 günlük əmək qabiliyyətinin müvəqqəti itirməsi barədə xəstəlik kağınızı işəgötürənə təqdim edir. Bu zaman işəgötürən işçiyə müddətli əmək müqaviləsinin xitamı ilə bağlı bir həftə öncədən xəbərdar etdiyi halda, işəgötürən tərəfindən işçinin işə çıxdığı 7 iyul tarixində müddətli əmək müqaviləsinə xitam verilməsi təklif edilir.

Müddətli əmək müqaviləsi xitamla bağlı digər hallar həmçinin nümunəvi formanın hazırlanması haqqında geniş məlumat 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə veriləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech