logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

118, 119, 120 və 121-ci maddələrə uyğun fərqli əmək məzuniyyəti olan işçilərin əsas məzuniyyəti xitam zamanı necə tənzimlənir?

  • Bloq
  • 04-iyl-2024, 09:54
  • 27
118, 119, 120 və 121-ci maddələrə uyğun fərqli əmək məzuniyyəti olan işçilərin əsas məzuniyyəti xitam zamanı necə tənzimlənir? (4 Misalla izah)

118, 119, 120 və 121-ci maddələrə uyğun fərqli əmək məzuniyyəti olan işçilərin əsas məzuniyyəti xitam zamanı necə tənzimlənir?


Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun işçilərə əmək məzuniyyəti fərqli formada hesablanır. Misal üçün, Əmək Məcəlləsinin 119-cu maddəsinin ikinci hissəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
Maraqlıdır ki, həmin işçilərin əmək müqaviləsinə xitam zamanı əsas məzuniyyətləri neçə gün nəzərə alınmalıdır?

Misal 1. Operator vəzifəsində çalışan və əliliyi olan işçinin xitam tarixinə qalıq məzuniyyəti 42 gün təşkil edir. Həmin işçinin əmək müqaviləsinə xitam verildikdə onun əsas məzuniyyət günləri 56 gün yox, operator vəzifəsində çalışdığı üçün 21 gün nəzərə alınmalıdır. İstifadə edilməmiş məzuniyyətə görə hesablama da 21 gün üzərindən həyata keçirilməlidir.
Başqa bir halı pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər üzrə nəzərdən keçirək.

Misal 2.
Riyaziyyat müəllimi kimi fəaliyyət göstərən işçiyə Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən 56 təqvim günü müddətində əsas məzuniyyət müəyyən edilib. İşçinin əmək müqaviləsinə xitam zamanı onun mütəxəssis olması nəzərə alınaraq 30 günlük əsas məzuniyyətə uyğun kompensasiya hesablanmalıdır.

Misal 3. “Şuşanın azad olunmasına görə” medalını almış işçiyə Əmək Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq 46 gün əmək məzuniyyəti müəyyən edilib. Baş mühasib vəzifəsində çalışan işçi əmək məzuniyyətindən 10 gün istifadə edib. İş ili başa çatan işçinin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiyanın hesablanmasını nəzərdən keçirək. İşçi mütəxəssis vəzifəsində çalışdığı üçün əsas məzuniyyəti 30 gün kimi nəzərə alınmalıdır. Kompensasiya hesablanan zaman işçinin istifadə etdiyi 10 günlük əmək məzuniyyəti 30 günlük əsas məzuniyyətdən çıxılmır.
Xitam tarixinə əsas məzuniyyət günündən çox əmək məzuniyyətindən istifadə halını da misal üzərində nəzərdən keçirək.

Misal 4. Məşqçi müəllim vəzifəsində çalışan işçiyə Əmək Məcəlləsinin 118-ci maddəsinin ikinci hissəsin əəsasən, 42 gün əmək məzuniyyəti müəyyən edilib. İşçi 20 günlük əmək məzuniyyətindən istifadə etdiyi üçün xitam tarixinə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın hesablanmasına baxaq. İşçinin qalıq əmək məzuniyyəti 22 gün olsa da, müətəxəssis vəzifəsində çalışan işçinin 30 gün müddətində əsas məzuniyyət hüququ var. Bu zaman işçiyə 22 günlük əsas məzuniyyət üzrə kompensasiya hesablanmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech