logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Uçotu aparılmayan əmtəə-material ehtiyatlarının satışı zamanı xərcin müəyyən edilməsi qaydası

  • Bloq
  • 05-iyl-2024, 11:10
  • 25
Uçotu aparılmayan əmtəə-material ehtiyatlarının satışı zamanı xərcin müəyyən edilməsi qaydası

Uçotu aparılmayan əmtəə-material ehtiyatlarının satışı zamanı xərcin müəyyən edilməsi qaydası


Vergi ödəyicilərinin fəaliyyətinə nəzər yetirdikdə ən çox ticarət sektorunda aktivlik nümayiş etdirdiklərinin şahidi oluruq. Bəzən səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisi ilə vergi orqanı arasında malların anbardan silinmə qaydasında, yəni uçotunda müəyyən uyğunsuzluqlar yaşanır. Dövlət Vergi Xidmətinin əməkdaşı vergi ödəyicisindən malların uçotunu istədikdə həmin sənədləri təqdim edə bilmirlər. Uçotun aparılmaması mənfəət vergisi bəyannaməsində mal-material sətirində göstərilən xərcin yenidən gözdən keçirilməsi üçün əsas verir. Burada sahibkarları maraqlandıran məqam budur ki, əgər idxal etdiyi və ya daxili bazardan aldığı malların silinməsini, yəni uçotunu aparmırsa o zaman həmin mallara çəkilən xərclər necə nəzərə alınacaq? Mövzunu vergi eksperti Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 139.4-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Misal:
Müəssisənin balansında ayın əvvəlinə ümumi məbləği 5.000 manat olan 100 ədəd (vahidin qiyməti 50 manat olmaqla) material ehtiyatı vardır. Müəssisə ay ərzində həmin materialdan 1 halda 30 ədəd olmaqla 1.200 manata (vahidin qiyməti 40 manat olmaqla), digər halda isə 20 ədəd olmaqla 900 manata (vahidin qiyməti 45 manat olmaqla) alıb. Həmin malın 120 ədədini 7.000 manata digər vergi ödəyicisinə satıb. Malların uçotunun aparılmadığını nəzərə alaraq vergi ödəyicisinin büdcəyə hesablayacağı mənfəət vergisini tapaq:

Malın maya dəyəri – (5000 + 1200 + 900) : (100 +30 + 20) = 47.33 manat;

Satılmış malın maya dəyəri – 120 x 47.33 = 5679.60 manat;

Vergiyə cəlb olunan mənfəət - 7000 - 5679.60 = 1320.40 manat;

Hesablanmış mənfəət vergisi = 1320.40 * 20% = 264.08 manat.

Qeyd edək ki, burada orta maya dəyəri tapılan zaman eyni xarakterli və eyni növ mallar əsas götürülür.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech