logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi Məcəlləsinin şikayətlə bağlı olan 62-ci maddəsinin izahı

  • Bloq
  • 15-iyl-2024, 09:50
  • 31
Vergi Məcəlləsinin şikayətlə bağlı olan 62-ci maddəsinin izahı

Vergi Məcəlləsinin şikayətlə bağlı olan 62-ci maddəsinin izahı


Maddə 62. Şikayət verilməsi qaydası

Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ var.
Vergi qanunvericiliyi vergi ödəyicisinə vergi orqanının qərarından və ya vəzifəli şəxsindən şikayət etmək hüququ verir. Vergi şikayətlərinin araşdırılmasında istinad olunan əsas sənədlərdən biri “İnzibati icraat haqqında” AR Qanunudur.
Həmin qanuna əsasən, inzibati şikayət dedikdə, hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti başa düşülür.

Misal. Vergi ödəyicisi kameral vergi yoxlaması nəticəsində hesablanan 5200 manat əlavə vergi məbləği ilə bağlı şikayətini vergi orqanına bildirir. Vergi ödəyicisi tərəfindən şikayətin bildirilməsi şəxsən, poçt və ya elektron vasitələrlə həyata keçirilir.
Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə əsasən, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verdiyi halda sərəncam dondurulacaq. Vergi ödəyicisi əgər vergi orqanının hesabladığı əlavə vergi ilə bağlı şikayət etməzsə, o halda həmin sərəncam geri cağırılaraq alınma sərəncamı ilə əvəz edilir və bank yeni sərəncamda qeyd edilən məbləği vergi orqanına ödəyir.
Vergi orqanının təqdim etdiyi qərarlarda vergi ödəyicisinin şikayət hüququnun olması xəbərdarlıq kimi qeyd edilir. Bundan əlavə, vergi ödəyicisi yoxlama aktını imzalamaqdan imtina etmək, həmçinin aktda qeydlər aparmaq hüququna malikdir.
Vergi ödəyicisinin həm məhkəməyə, həm də yuxarı vergi orqanına şikayət etmək hüququnun necə tənzimlənməsinə gəlincə, Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.
Maddədən göründüyü kimi, vergi ödəyicisi vergi orqanının hərəkətlərindən şikayətcildirsə, aşağıdakı variantlardan birini həyata keçirə bilər:
- Yalnız yuxarı vergi orqanına şikayət edir;
- Yalnız məhkəməyə müraciət edir;
- Eyni zamanda, həm yuxarı vergi orqanı, həm də məhkəməyə müraciət edir;
Yuxarı vergi orqanına şikayət edir, sonra məhkəməyə müraciət edir.
Vergi ödəyicisinin şikayət hüququ ilə bağlı iddia müddətinin tənzimlənməsini nəzərdən keçirək. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.
Qeyd edək ki, Vergi Məcəlləsində qeyd edilən 3 aylıq müddət vergi ödəyicisi üçün üstünlük hesab edilə bilər. “İnzibati İcraat haqqında” AR Qanununa əsasən, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
Amma Vergi Məcəlləsinin 62.3-cü maddəsi həmin müddəti 3 aya qədər artırıb.

Misal. Vergi orqanı tərəfindən 26 oktyabr 2020-ci il tarixdə kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə əlavə vergi hesablanıb. Vergi ödəyicisi 26 yanvar 2021-ci il tarixə qədər həmin qərardan şikayət etmək hüququna malikdir.
Vergi Məcəlləsinin 62.3-cü maddəsinin ikinci abzasında qeyd edilir ki, vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər.
Maddədən göründüyü kimi, misalımıza müvafiq olaraq vergi ödəyicisi inzibati qaydada yuxarı vergi orqanına şikayətini 26 yanvar 2021-ci il tarixdən sonrakı müddətdə həyata keçirə bilər. Təbii ki, vergi ödəyicisi şikayət ərizəsində vaxtın bərpası ilə bağlı müraciət etməlidir. Təcrübədə vergi orqanı əksər hallarda müddəti ötmüş şikayətlər üzrə müddəti bərpa edir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]