logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçi minimum hansı dövr üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər?

  • Bloq
  • 24-iyl-2024, 11:17
  • 39
İşçi minimum hansı dövr üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər?

İşçi minimum hansı dövr üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər?


Təcrübədə rast gəlinən suallardan biri də işəgötürənin hansı hallarda işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vermək hüququna malik olmasıdır. İşçiyə iş ili başa çatdıqdan sonra işəgötürən tərəfindən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi qanunauyğundur?

Fikrimizcə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ilə bağlı Əmək Məcəlləsinin 113-cü maddəsinin üçüncü hissəsinə diqqət yetirmək lazımdır. Əmək Məcələsinin 113-cü maddəsinin üçüncü hissəsinə əsasən, bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Maddənin tələblərinə əsasən, işçinin bir ildə iki iş ilinə görə məzuniyyət hüququ yaranır.

Misal.
İşçinin 10 aprel 2023-cü il tarixdə başlayan iş ili üzrə 10 aprel 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək iki iş ilinə görə məzuniyyətdən istifadə etmək hüququ yaranır. Fikrimizcə, 10 aprel 2023-cü il tarixdə başlayan iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanı verilməsi 10 aprel 2024-cü il yox, 1 yanvar 2025-ci il tarixdən sonra mümkündür. Əks halda 10 aprel 2023-cü il – 10 aprel 2024-cü il dövrünü əhatə edən iş il üzrə 2024-cü il ərzində istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi Əmək Məcəlləsinin 113-cü maddəsinin tələblərinin pozulmasına səbəb olur.

Misalın davamı olaraq fərz edək ki, işəgötürən tərəfindən işçiyə 10 aprel 2023-cü il - 10 aprel 2024-cü il iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilib. Bu zaman işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilsə belə, işçi təqvim ili ərzində başa çatan iş ilinə görə məzuniyyətdən istifadə hüququnu özündə saxlayır və işəgötürənin borcudur ki, işçinin həmin hüququnu tanıyaraq onu məzuniyyətə göndərsin.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq
  • ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    13-mar-2026 | Bloq
  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq
  • Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    12-mar-2026 | Bloq
  • Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    12-mar-2026 | Bloq
  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech