logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nizamnamə kapitalı azaldıla və ya MMC hansı halda ləğv oluna bilər?

  • Bloq
  • 05-sen-2024, 10:46
  • 89
Nizamnamə kapitalı azaldıla və ya MMC hansı halda ləğv oluna bilər?

Nizamnamə kapitalı azaldıla və ya MMC hansı halda ləğv oluna bilər?


Son zamanlar təsərrüfat subyektlərini, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) sahiblərini maraqlandıran məsələlərdən biri də xalis aktivlərin nizamnamə kapitalı ilə bağlı olan azaldılmasıdır. Mövzu ilə bağlı ortaya çıxan suallara vergi eksperti Altay Cəfərov aydınlıq gətirir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Bəs xalis aktivlər nədir? Nizamnamə kapitalı və onun minimum məbləği nədir? Bu azaldılma hansı qaydada həyata keçirilməlidir?

MMC-lər üçün nizamnamə kapitalı anlayışı Mülki Məcəllənin 90.1-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 90.1-ci maddəsində göstərilib ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Nizamnamə kapitalının minimum məbləği cəmiyyət tərəfindən ilkin qeydiyyatda nəzərə alınmış və sonradan artırılmış məbləğlərin cəmidir.

Xalis aktivlər isə həm Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, həm Vergi Məcəlləsi, həm Mülki Məcəllə, həm də digər normativ aktlara əsasən aşağıdakı kimi hesablanır:

Xalis aktivlər = Aktivlər – Öhdəliklər

Deməli, nizamnamə kapitalı da xalis aktivlər daxilindədir.

İndi qeyd etdiklərimi misallarla izah edim.

Misal 1: “AA” MMC-nin nizamnamə kapitalı 10.000 manatdır. Cəmiyyətin aktivləri 90.000 manat, öhdəlikləri isə 60.000 manatdır. Bu halda MMC-nin xalis aktivləri nə qədərdir və cəmiyyət ləğv olunmalıdırmı?

İlkin olaraq cəmiyyyətin xalis aktivlərinin dəyərini müəyyənləşdirək:

90.000 – 60.000 = 30.000 manat.

İndi isə nizamnamə kapitalı ilə xalis aktivləri müqayisə edək.

30.000 manat (xalis aktivlər) > 10.000 (nizamnamə kapitalı).

Odur ki, bu halda cəmiyyətin ləğv edilməsinə və ya nizamnamə kapitalının azaldılmasına ehtiyac qalmır.

Misal 2: “BB” MMC-nin nizamnamə kapitalı 10.000 manatdır. Cəmiyyətin aktivləri 90.000 manat, öhdəlikləri isə 85.000 manatdır. Bu halda MMC-nin xalis aktivləri nə qədərdir və cəmiyyət ləğv olunmalıdırmı?

Birinci misaldakı kimi hesablamalar apardıqda xalis aktivlərin dəyəri 5.000 manat olacaq.

İndi isə xalis aktivlər ilə nizamnamə kapitalının məbləğini müqayisə edək.

Xalis aktivlər (5.000) < nizamnamə kapitalı (10.000)

Göründüyü kimi, MMC-nin xalis aktivlərinin məbləği nizamnamə kapitalından 5.000 manat azdır. Ona görə də cəmiyyətin ləğv edilməsinə ehtiyac yoxdur, amma nizamnamə kapitalının 5.000 manat azaldığını müvafiq qaydada elan etməli və dövlət qeydiyyatına almalıdır.

Misal 3: Burada da yuxarıdakı misallarla şərtlər eynidir, lakin öhdəliklərin dəyəri 105.000 manat olub. Bu halda artıq xalis aktivlərin dəyəri -15.000 manat olur. Yəni öhdəliklər aktivlərdən çoxdur və xalis aktivlər zərər kimi formalaşıb.

Nəticə olaraq görünür ki, xalis aktivlər MMC-nin nizamnamə kapitalı olan 10.000 manatdan 10.000 - (-15.000) = 25.000 manat qədər azdır.

Mahiyyət odur ki, cəmiyyət fəaliyyətində nizamnamə kapitalını da istifadə edib və hətta kreditorlara əlavə olaraq 15.000 manat borclanıb. Odur ki, nizamnamə kapitalı xalis aktivlərdən az olduğuna görə cəmiyyət ləğv edilməlidir.

Bəs MMC-lər bu nüansları hər il nəzarətdə saxlamalıdırmı?

Mülki Məcəllənin 90.4-cü maddəsində əsasən, MMC fəaliyyətinin ikinci ilindən başlayaraq, hesabat ili başa çatdıqdan sonra yuxarıdakı qaydada hesablamalar aparmalıdır.

Bəs ləğvetməni kim həyata keçirməlidir?

Əlbəttə ki, MMC-lərin ləğv edilməsi öhdəliyi və səlahiyyətləri birbaşa cəmiyyətin təsisçilərinin öhdəliyindədir. Qanunvericilikdə belə hallarda ləğv edilməməyə görə hər hansı bir cərimə nəzərdə tutulmayıb. Lakin dövlət qeydiyyatını həyata keçirən orqanlar (MMC-lər üçün vergi orqanları) yuxarıdakı kimi hallarda cəmiyyətin ləğvi tələbini qoya bilərlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech