logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Tibb müəssisələrinə görə ƏDV üzrə güzəştlər

  • Bloq
  • 16-sen-2024, 09:35
  • 61
Tibb müəssisələrinə görə ƏDV üzrə güzəştlər

Tibb müəssisələrinə görə ƏDV üzrə güzəştlər


Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Vergi ekspertləri qanunvericiliyin bu tələbini şərh edir.

Vergi Məcəlləsinə 2024-cü ildə əlavə edilən 174.5-ci maddənin məqsədi tibb sektorunda ƏDV ilə bağlı stimullaşdırmanın həyata keçirilməsidir. Tibb sektoru üzrə əvəzləşdirilən ƏDV ilə bağlı dövriyyənin yüksək olmaması səbəbindən Vergi Məcəlləsinə 174.5-ci maddə əlavə edilib. Maddə ilə bağlı diqqət yetirilməli 5 vacib məqam mövcuddur.

Birinci məqam.Güzəştin edilməsi yalnız əhaliyə göstərilən tibbi xidmətlər üzrə nəzərdə tutulub. Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin elektron qaimə-faktura üzrə həyata keçirdiyi əməliyyatlar Vergi Məcəlləsinin 174.5-ci maddəsinin əhatə dairəsinə düşmür.

İkinci məqam. Əhali tərəfindən ödənişlər mütləq nağdsız qaydada POS-terminal vasitəsilə aparılmalıdır. Əhali ödənişləri nağd formada və ya ödəniş terminalları vasitəsilə nağdsız formada həyata keçirərsə, o zaman tibb sektoru üzrə güzəşt tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə şamil edilməyəcək.

Üçüncü məqam. Güzəşt müddətlidir. Vergi Məcəlləsinin 174.5-ci maddəsi üzrə güzəşt 2024-cü il yanvarın 1-dən 3 il müddətinə qüvvədə olacaq.

Dördüncü məqam. Vergi Məcəlləsinin 174.5-ci maddəsində ƏDV üzrə güzəştin tətbiq edilməsinin (tibbi xidmətlərin göstərilməsi zamanı POS-terminal üzrə ödənişin) vətəndaşın "ƏDV geri al" layihəsi üzrə geri alınacaq məbləğə təsir etməməsidir.

Beşinci məqam. vergi ödəyicisinin ƏDV dövriyyəsinin müəyyən edilməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 174.5-ci maddəsində qeyd edilir ki, əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır.

Misal: Tibb müəssisəsi olan ƏDV ödəyicisi 2024-cü ilin fevral ayında 30.000 (ƏDV-siz) manat məbləğində tibbi xidmət göstərib. Həmin xidmətlərin 5.000 manat (ƏDV-siz) məbləğindəki hissəsi POS-terminal vasitəsilə əhaliyə göstərilib. Bu zaman vergi ödəyicisi fevral ayı üzrə ƏDV bəyannaməsində 2.500 manatı (5000 x 50%) azaldılan dövriyyə qeyd etdiyi üçün dövlət büdcəsinə 5.400 manat yox, 4.950 manat məbləğində ƏDV-ni bəyan edəcək:

30.000 x 18% = 5.400 manat;

5.400 - (2.500 x 18%) = 4.950 manat.

Sonuncu məqam. ƏDV üzrə azaldılan məbləğin vergi ödəyicisinin gəliri kimi nəzərə alınmasıdır. Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üzrə ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər üzrə tam güzəştin olunması ilə bağlı müvafiq olaraq Vergi Məcəlləsinin106.1.34-cü və 102.1.41-ci maddələrində qeydlər aparılıb. Misalımıza uyğun olaraq, 450 manat (2.500 x 18%) ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər mənfəət (gəlir) vergisi üzrə nəzərə alınmayacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?
    12-dek-2025 | Bloq
  • Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    Azərbaycanda gələn ilin - QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU
    12-dek-2025 | Bloq
  • Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
    11-dek-2025 | Bloq
  • ƏDV qeydiyyat limiti artırılır
    ƏDV qeydiyyat limiti artırılır
    11-dek-2025 | Bloq
  • Əmək müqaviləsi və ya ona dəyişikliklər hansı halda hüquqi qüvvəyə minir?
    Əmək müqaviləsi və ya ona dəyişikliklər hansı halda hüquqi qüvvəyə minir?
    10-dek-2025 | Bloq
  • AZE Finance sahibkarlarla keçirilən görüşdə iştirak etdi
    AZE Finance sahibkarlarla keçirilən görüşdə iştirak etdi
    10-dek-2025 | Bloq
  • 2026 Vergi dəyişiklikləri: sahibkarlar üçün yeni güzəştlər və imkanlar
    2026 Vergi dəyişiklikləri: sahibkarlar üçün yeni güzəştlər və imkanlar
    09-dek-2025 | Bloq
  • İaşə fəaliyyəti göstərən şəxslərin nağdsız ödənişlər üzrə vergi yükü azaldılır
    İaşə fəaliyyəti göstərən şəxslərin nağdsız ödənişlər üzrə vergi yükü azaldılır
    09-dek-2025 | Bloq
  • Rezident və qeyri-rezident törəmə müəssisələr arasında borc əməliyyatlarının vergitutma qaydaları
    Rezident və qeyri-rezident törəmə müəssisələr arasında borc əməliyyatlarının vergitutma qaydaları
    09-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech