logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron alış aktı ilə bağlı hansı vacib məqamlar nəzərə alınmalıdır?

  • Bloq
  • 01-okt-2024, 11:42
  • 48
Elektron alış aktı ilə bağlı hansı vacib məqamlar nəzərə alınmalıdır?

Elektron alış aktı ilə bağlı hansı vacib məqamlar nəzərə alınmalıdır?


Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 nömrəli Qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nı təsdiq edilib.
Həmin qaydalardan bəzi vacib məqamları qeyd edirik.

Birinci məqam. Elektron alış aktının nömrələnməsi proqram təminatı tərəfindən həyata keçirilir. Qaydaların 2.4-cü maddəsində qeyd edilir ki, elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi proqram tərəfindən avtomatik generasiya olunur.

İkinci məqam. Elektron alış aktını öncəki tarixlər üzrə hazırlamaq mümkün olmur. Qaydaların 2.6-cı bəndinə əsasən, elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır.

Üçüncü məqam. Elektron alış aktında malın adının dəqiq qeyd edilməsi mütləq tələbdir. Qaydaların 2.9-cu maddəsində qeyd edilir ki, elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir. Bir məsələni qeyd edək ki, elektron qaimə-fakturada olduğu kimi malların adlarının daxil edilməsi zamanı fəaliyyət kodundan istifadə edilir. Misal üçün, vətəndaşdan fındıq və şabalıd məhsulları aldıqda malın adını kənd təsərrüfatı məhsulu kimi qeyd etmək qaydalara ziddir.
Vergi ödəyicisi “Malların alış aktı”nda məlumatları əllə daxil etsə də, elektron qaimə-fakturada təqdim edilən fəaliyyət kodları üzrə seçim edir. Amma vergi ödəyicisi findiq və ya şabalıd alırsa, daxil etdiyi məlumatlarda “kənd təsərrüfatı məhsulları” kimi ifadədən istifadə etməsi qaydalara ziddir.

Dördüncü məqam. əməliyyat üzrə düzəlişlərin həyata keçirilməsi ilə bağlıdır. Qaydaların 3.6-cı maddəsinə əsasən, əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “Əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş zamanı elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “İlkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş zamanı elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi
    İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi
    26-dek-2025 | Bloq
  • Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?
    Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?
    26-dek-2025 | Bloq
  • MMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı?
    MMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı?
    25-dek-2025 | Bloq
  • Hərbi xidmətə çağırılan işçilər üçün ödənilən müavinətin məbləği artırılır
    Hərbi xidmətə çağırılan işçilər üçün ödənilən müavinətin məbləği artırılır
    25-dek-2025 | Bloq
  • Distant iş formasında əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək
    Distant iş formasında əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək
    24-dek-2025 | Bloq
  • Kişilər üçün nəzərdə tutulan ödənişli məzuniyyət necə hesablanacaq?
    Kişilər üçün nəzərdə tutulan ödənişli məzuniyyət necə hesablanacaq?
    24-dek-2025 | Bloq
  • İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər
    İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər
    23-dek-2025 | Bloq
  • Borc məbləğlərinə görə vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?
    Borc məbləğlərinə görə vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?
    23-dek-2025 | Bloq
  • İşğaldan azad olunmuş ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək
    İşğaldan azad olunmuş ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək
    22-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech