logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilir?

  • Bloq
  • 22-okt-2024, 10:02
  • 56
Əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilir?

Əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilir?


Əsas vəsaitlərlə bağlı xərclərin necə hesablanmasına keçməzdən öncə, vergi uçotunun məqsədləri üçün əsas vəsait dedikdə, nə başa düşüldüyünə baxaq.
Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində qeyd edilir ki, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox, dəyəri 500 manatdan artıq, Vergi Məcəlləsinnin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər başa düşülür.

Misal. Vergi ödəyicisi dəyəri 300 manat olan şkaf alıb və nəzərdə tutub ki, həmin əsas vəsaiti 3 il ərzində istifadə edəcək. Mühasibat uçotu baxımından yanaşsaq, şkaf əsas vəsait kimi hesablanmalıdır, amma vergi uçotu baxımından, həmin şkafın dəyəri 500 manatdan aşağı olduğu üçün əsas vəsait hesab olunmur və amortizasiya hesablanmır.
Əsas vəsaitlərin alınmasına və ya quraşdırılmasına çəkilən xərclərlə bağlı vergi qanunvericiliyinin tələblərini nəzərdən keçirək.Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin birbaşa gəlirdən çıxılmasına yol verilmir.
Əsas vəsaitin alınmasına və qurulmasına çəkilən xərclər onun balans dəyərini artırır və sonrakı hesabat dövrlərində də amortizasiya ayrımaları şəklində gəlirdən çıxılır.

Misal. “A” MMC 6 000 manat məbləğində transformator alıb və onun quraşdırılmasına da 2 000 manat məbləğində xərc çəkib. Quraşdırılma ilə bağlı çəkilən 2000 manat xərc transformatorun üzərinə əlavə olunur və əsas vəsaitin dəyəri 8000 manat (6000 manat + 2000 manat) təşkil edir. Yəni 2 000 manatın birbaşa gəlirdən çıxılmasına icazə verilmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech