logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərarın qüvvəyə minmə tarixi

  • Bloq
  • 25-noy-2024, 09:44
  • 65
Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərarın qüvvəyə minmə tarixi

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərarın qüvvəyə minmə tarixi


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.
Sirac Piriyevin fikrincə, Nazirlər Kabinetinin riskli vergi ödəyici ilə bağlı qaydaların bəndi ilə "İnzibati icraat haqqında" Qanunun maddəsi arasında ziddiyət mövcuddur: "Yeni dəyişikliklə vergi ödəyicisinin risk meyarlarını əks etdirən Qaydaların 4.2-ci bəndinə aşağıdakı məzmunda sonuncu cümlə əlavə edilmişdir: "Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir".

Bu formada dəyişiklik təklifinin səbəbi şübhəsiz ki, mövcud məhkəmə təcrübəsidir. Seçilən çıxış yolu isə uğursuzdur. Belə ki, riskli vergi ödəyicisi hesab olunma qərarı hər bir halda aparılan əməliyyatdan sonra qəbul olunur. Sadəcə vergi orqanları çox vaxt riskli qərarın məhz həmin şəxslər arasındakı əməliyyatla bağlı qəbul olunduğunu əsaslandıra bilmədiyi üçün məhkəmələr hesab edir ki, əməliyyat aparılan zaman qarşı tərəf riskli vergi ödəyicisi olmadığından şəxs onunla əməliyyat aparılmasından çəkinməkdə maraqlı ola bilməzdi. Hazırki dəyişiklik də bu yanaşmada nəyəsə təsir göstərmir. Riskli qərarı əvvəlki tarixdən qüvvədə olsa da, önəmli olan şəxsin bundan nə vaxt məlumatlı olmasıdır. İnzibati icraat haqqında Qanunun 64.1-ci maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Göründüyü kimi, Qaydaların həmin bəndi Qanunla da ziddiyyət təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Bu baxımdan Qaydaların həmin bəndi məqsədli şəkildə əlavə edilməsinə baxmayaraq, heç bir əhəmiyyəti olmayacaqdır."

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech