logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hesablama metodundan istifadə edərkən xərcin çəkilməsi vaxtı necə müəyyən olunur?

  • Bloq
  • 19-dek-2024, 09:45
  • 81
Hesablama metodundan istifadə edərkən xərcin çəkilməsi vaxtı necə müəyyən olunur?

Hesablama metodundan istifadə edərkən xərcin çəkilməsi vaxtı necə müəyyən olunur?


Vergi Məcəlləsinin 130.1-ci maddəsində göstərilib ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Qanunvericiliyin bu tələbini mütəxəssis Türkan Sultanova şərh edir:

Vergi Məcəlləsinə əsasən, vergi ödəyiciləri tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılmasının 2 metodu vardır: kassa və hesablama metodu. Məcəllənin 130.4-cü maddəsinə görə isə mikro sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Mikro sahibkarlıq subyektləri dedikdə, illik dövriyyəsi 200.000 manatadək olan və işçilərin orta siyahı sayı il üzrə 1-10 nəfər təşkil edən müəssisə və ya fərdi sahibkarlar nəzərdə tutulur.

Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri

Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalı və gəlirdən xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Misal 1: Yanvar ayında şirkət alıcıya 10.000 manat məbləğində məhsul satıb. Sifarişçi malların dəyərini mart ayında ödəyib. Kassa metodundan istifadə zamanı şirkət satışı mart ayında, yəni pul vəsaitlərini aldığı zaman qeydə alır. Hesablama metodu üzrə uçot zamanı isə şirkət satışı yanvar ayında, alıcıya elektron qaimə-faktura verildikdə qeydə alır.

Misal 2: Şirkət noyabr ayında 1.500 manat dəyərində reklam xidməti alır, dekabrda isə onun dəyərini ödəyir. Kassa metodu zamanı şirkət xərcini dekabr ayında, ödəniş etdiyi zaman nəzərə alır. Hesablama metodunda uçot zamanı isə şirkət bunu noyabr ayında, təchizatçıdan elektron qaimə-fakturanı aldığı zaman nəzərə alır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    24-iyn-2026 | Bloq
  • Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    24-iyn-2026 | Bloq
  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech