logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçinin orta əməkhaqqı hansı hallarda saxlanılır?

  • Bloq
  • 14-mar-2025, 09:46
  • 41
İşçinin orta əməkhaqqı hansı hallarda saxlanılır?

İşçinin orta əməkhaqqı hansı hallarda saxlanılır?


Mövzunu mütəxəssis Kəmalə Yusifova şərh edir.

Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.

Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:

- şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;

- İctimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə;

- seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;

- müvafiq dövlət hakimiyyəti orqanlarının, ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;

- kollektiv danışıqların aparılmasında, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;

- fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə;

- mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb olunduqda;

- hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;

- hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;

- işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;

- yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;

- müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;

- kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;

- donor kimi tibbi müayinədən keçdikdə, qan və qan komponentləri verdikdə;

- tibbi müayinədən keçən zaman tibb müəssisəsində olduqları vaxt ərzində;

- öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə;

- bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda;

- hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Əmək Məcəlləsinin 224-cü maddəsinə əsasən, əsasən işçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əməkhaqqı saxlanılmaq şərtilə başqa iş verməlidir.

Əmək Məcəlləsinin 230-cu maddəsində isə göstərilib ki, işçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əməkhaqqı saxlanılır.

Eləcə də yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda, hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır.

Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Misal: İşçi müəssisədə anbardar vəzifəsində çalışır. Mart ayında 10 günlük hərbi toplanışa çağırılıb. Bu halda həmin günlər üçün onun orta əməkhaqqını hesablamaq üçün əvvəlki 2 ayda gəlirlərini iş günlərinin sayına bölməklə hesablamaq lazımdır. Tutaq ki, fevral ayında 20 iş günü və 500 manat gəliri, yanvar ayında isə 18 iş günü və 500 manat gəliri olub. Bu şərtlərlə hesablama aşağıdakı kimi aparılacaq:

500 + 500 = 1.000 manat;
18 + 20 = 38 gün;
1.000 : 38 = 26.31 (1 günlük orta əməkhaqqı məbləği);
26,31 x 10 = 263,1 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əldə olunan dividendlər hansı hallarda vergidən azaddır?
    Əldə olunan dividendlər hansı hallarda vergidən azaddır?
    08-may-2025 | Bloq
  • Teatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması
    Teatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması
    08-may-2025 | Bloq
  • Tənzimlənən bazarda gəlir vergisindən azadolma
    Tənzimlənən bazarda gəlir vergisindən azadolma
    07-may-2025 | Bloq
  • Kimlər gecə işlərinə cəlb edilə bilməz?
    Kimlər gecə işlərinə cəlb edilə bilməz?
    07-may-2025 | Bloq
  • Fiziki şəxsin icarə gəlirlərinə görə vergi və sosial sığorta öhdəlikləri
    Fiziki şəxsin icarə gəlirlərinə görə vergi və sosial sığorta öhdəlikləri
    06-may-2025 | Bloq
  • Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?
    Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?
    06-may-2025 | Bloq
  • İdxal ƏDV-si üzrə əvəzləşdirmə qaydası
    İdxal ƏDV-si üzrə əvəzləşdirmə qaydası
    05-may-2025 | Bloq
  • Nağdsız hesablaşmalar və fiziki şəxslərə ödəniş qaydaları
    Nağdsız hesablaşmalar və fiziki şəxslərə ödəniş qaydaları
    05-may-2025 | Bloq
  • Biznesdə düzgün qərarlar necə verilir?
    Biznesdə düzgün qərarlar necə verilir?
    02-may-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 2020 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]